Macarıstan Avropa İttifaqından çıxmayacaq, Brüsselin onun suverenliyini pozmaq cəhdlərinə müqavimət göstərəcək və Qərb liberalizmindən imtina edəcək.
Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
"Macarıstanda nikah kişi və qadın arasındadır. Ata kişi, ana isə qadındır. Uşaqlarımızı rahat buraxın. Kommunist bürokratiyasından sonra bu dəfə Brüsseldən yeni sifarişlər almaq istəmirik. Biz qətiyyən Aİ-dən çıxmaq niyyətində deyilik. Onlar bizdən o qədər də asanlıqla qurtula bilməzlər. Sərhədlərimizi müdafiə etmək və miqrantları dayandırmaq hüququndan əl çəkməyəcəyik”, - baş nazir qeyd edib.