Ukraynalı sənətçilər Rusiyada çıxış etməməlidirlər.

Kult.az xəbər verir ki, bunu məşhur gürcü aktyoru və müğənnisi Vaxtanq Kikabidze ukraynalı sənətçilərlə bağlı ünvanlanan suala cavabında deyib.

Sənətçi əlavə edib ki, özü də Rusiyaya getmir və səyahət edənlərlə ünsiyyət qurmur.

Qeyd edək ki, o, 2008-ci ilin avqustunda Cənubi Osetiyadakı müharibədən və Moskvanın bu respublikanın və Abxaziyanın müstəqilliyini tanımasından sonra Rusiyada çıxış etməkdən imtina edib. O, Rusiya prezidentinin təltif etdiyi “Xalqlar Dostluğu” ordenindən də imtina edərək bildirib ki, rus xalqına hörmət edir, lakin mükafatları qəbul edə və konsert verə bilməz.

Çin iqlim böhranının aradan qaldırılmasında fəallıq göstərir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət katibi Entoni Blinken çıxış edib.

"BMT-nin iqlim dəyişikliyi ilə bağlı keçirilən iclasından sonra Çin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Bu, nəinki Çin vətəndaşlarının, eləcə də bütün dünya xalqlarının maraqlarına cavab verir", - Blinken qeyd edib.

Mixail Saakaşvili mülki klinikaya köçürülənə qədər aclığı davam etdirəcək.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında onun vəkili Şota Tutberidze deyib.

Onun sözlərinə görə, eks-prezidentin vəziyyəti ağırdır, amma özünü inamlı hiss edir:

“Əlbəttə, biz onun səhhətinin gündən-günə pisləşməsindən narahatıq. Ancaq onun mövqeyi dəyişməyib. Saakaşvili hesab edir ki, qələbəyə qədər mübarizə davam etməlidir”.

Qeyd edək ki, Saakaşvili ötən gün Avropa Məhkəməsinin və Qərb tərəfdaşlarının müraciətini nəzərə alaraq, aclıq aksiyasını dayandırmaq qərarına gəldiyini bildirmiş, ancaq bunun üçün mülki xəstəxanaya köçürülməsini şərt olaraq irəli sürmüşdü.

Türk Dövlətlərinin Əməkdaşlıq Şurasına sədrlik Azərbaycandan Türkiyəyə keçib.

Axar.az xəbər verir ki, bu barədə Türk Şurasının İstanbulda keçirilən səkkizinci Zirvə görüşündə qərar qəbul edilib.

İkinci Qarabağ müharibəsindəki qələbə dünyaya Azərbaycanın gücünü nümayiş etdirdi.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin keçirdiyi dəyirmi masada (BMTM) bildirib.

Politoloqun sözlərinə görə, Azərbaycanda güclü siyasi və iqtisadi sistem qurulub.

“Bütün dünya gücünün və ölkənin çox ağıllı, strateji siyasət yürütdüyünün şahidi oldu”, - S.Markov bildirib.

Onun sözlərinə görə, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanması Ermənistana minlərlə hərbçinin həyatını xilas etmək imkanı verdi:

“Çox şadıq ki, Rusiya müharibənin dayandırılmasına töhfə verə bildi. Bu bəyanat Ermənistan üçün çox sərfəlidir: onlar onsuz da bu torpaqları itiriblər, lakin bəyanat sayəsində Ermənistan minlərlə əsgərinin həyatını xilas edə bildi”.

Markov növbəti mərhələnin regionda nəqliyyat kommunikasiyalarının açılması, həmçinin Qarabağın dirçəldilməsi olacağını qeyd edib.

Ermənistanda koronavirusdan ölüm sayı rekord qırmaqda davam edir.

Axar.az xəbər verir ki, son sutkada düşmən ölkədə 1309 nəfər bu virusa yoluxub, koronavirusdan ölənlərin sayı isə 78-ə (8 nəfər koronavirus xəstəsi “yan xəstəlikdən” ölüb) çatıb.

Hazırda Ermənistanda 28.625 aktiv xəstə var.