Azərbaycanda dövlət büdcəsindən kinoya ayrılan vəsait artırılmalıdır.
Axar.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təsil, Ailə, qadın və uşaq məsələri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.
"Bu yaxınlarda türkiyəli məşhur rejissor Osman Sınav Azərbaycana gəlmişdi. O təklif etdi ki, ortaq dəyərlərlə bağlı film çəkilsin, xərcin yarısını Türkiyə qarşılayacaq. Amma biz xərclərin qalan yarısını ödəmək üçün vəsait tapa bilmədik. Məlum oldu ki, bizdə film çəkilişi üçün ayrılan vəsait yetərincə azdır. Əgər biz keyfiyyətli filmlər, seriallar istəyiriksə, kino və mədəniyyət sahəsinə ayrılan vəsaitlər artırılmalıdır. Azərbaycanda bütün parametrlər üzrə tarixi filmlərin, serialların çəkilməsi zəruridir. Bu filmləri “Neftlix” vasitəsilə dünyaya çatdırmalıyıq”, - o deyib.