Ukraynalı sənətçilər Rusiyada çıxış etməməlidirlər.
Kult.az xəbər verir ki, bunu məşhur gürcü aktyoru və müğənnisi Vaxtanq Kikabidze ukraynalı sənətçilərlə bağlı ünvanlanan suala cavabında deyib.
Sənətçi əlavə edib ki, özü də Rusiyaya getmir və səyahət edənlərlə ünsiyyət qurmur.
Qeyd edək ki, o, 2008-ci ilin avqustunda Cənubi Osetiyadakı müharibədən və Moskvanın bu respublikanın və Abxaziyanın müstəqilliyini tanımasından sonra Rusiyada çıxış etməkdən imtina edib. O, Rusiya prezidentinin təltif etdiyi “Xalqlar Dostluğu” ordenindən də imtina edərək bildirib ki, rus xalqına hörmət edir, lakin mükafatları qəbul edə və konsert verə bilməz.