Selim Bensaad atası ilə mübahisə etdikdən sonra evsiz qalıb.
İranda ötən sutka ərzində 123 nəfər koronavirusdan (COVID-19) ölüb, 7 539 nəfər yoluxub.
Rusiyanın internet media resurslarında Belarusda işğal altında olan Abxaziya və Tsxinval (Cənubi Osetiya) regionlarının tanınması prosedurlarına başlanılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin yaydığı (XİN) məlumatda deyilir.
Bildirilib ki, Gürcüstanın Belarusdakı səfirliyi məsələ ilə bağlı ölkə XİN-i ilə təmasda olub və Belarus tərəfi informasiyanı yalan adlandırıb. Rəsmi Minsk Gürcüstanın işğal olunmuş ərazilərinin tanınması məsələsinə baxıldığını təkzib edib.
Qeyd edək ki, Rusiyanın internet media resurslarında yayılan məlumatlara əsasən, Belarus hakimiyyəti yaxın zamanlarda Abxaziyanın “müstəqilliyi”ni tanımağı planlaşdırır və müvafiq qanun layihəsi ölkə parlamentinin müzakirəsinə çıxarılacaq.
Ötən gün Azərbaycandan qeyri-rəsmi bildiriş gəldi ki, noyabrın 11-də gecə yarısından etibarən Gorus-Qafan avtomobil yolunun Azərbaycan ərazisindən keçən hissəsində Ermənistan vətəndaşları və Ermənistan malları üzərində də gömrük və pasport nəzarəti həyata keçiriləcək.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, erməni vətəndaşları alternativ yoldan - Qafan-Aqvani-Tatev və Halidzor yolu ilə hərəkət edə bilərlər.
Daha ətraflı süjetdə:
Bizim Suriya Demokratik Qüvvələri (SDQ) ilə tərəfdaşlığımız yalnız İŞİD-lə mübarizəyə əsaslanır.
Axar.az xəbər verir ki, bu haqda Pentaqon sözçüsü Con Kirbi YPG/PKK-nın lideri Fərhad Abdi Şahinin Türkiyənin Suriyada yeni hərbi əməliyyat keçirəcəyi təqdirdə ABŞ-ın SDQ-nin təhlükəsizliyinə təminat verəcəyilə bağlı açıqlamasına cavab olaraq deyib.
Pentaqon sözçüsü Abdi Şahinin sözügedən müsahibəsini ilk dəfə eşitdiyini və bunun təmsil etdiyi qurumla heç bir əlaqəsi olmadığını söyləyib:
“Bunu deməkdən bezdim, amma yenə də deməliyəm: Suriyada SDQ ilə əməkdaşlığımız sadəcə İŞİD-ə qarşı mübarizə çərçivəsindədir. İŞİD-lə mübarizədə bu ortaqlıq davam edir, çünki təhdid var”.
Ermənistanda daha 1 482 nəfərdə koronavirus aşkarlanıb.
Avropa bu insanların qarşısını almaq istəyirsə, Əfqanıstanda və qonşu ölkələrdə ümidə, imkana, fürsətə sərmayə qoymalıdır.
Axar.az xəbər verir ki, bunu Norveç Qaçqınlar Şurasının baş katibi Yan Eqeland Kirman deyib.
O, hazırda İranda yaşayan 3,5 milyon əfqan qaçqına beynəlxalq dəstəyin artırılmasına çağırıb.
Kirman bildirib ki, hər gün 4-5 min əfqan İrana qaçır və heç bir tədbir görülməsə, bu vəziyyət Avropa üçün qaçqın böhranına çevriləcək.
Rusiyanın ucqar Yəhudi Muxtar Dairəsində yaşanan qalmaqal bütün vilayəti şoka salmaqla yanaşı, hiddətinə səbəb olub.
Avropa ədalət məhkəməsi Avropa Komissiyasının "Google" şirkətinin 2,4 milyard avrodan çox məbləğdə cərimələnməsi qərarını dəstəkləyib.
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında deeskalasiyanı və sərhədlərin delimitasiyasını dəstəkləməyə hazırdır.
Axar.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Peter Stanonun bəyanatında deyilir.
Bəyanatda bildirilir:
"Bu həftə Ermənistan və Azərbaycan arasında imzalanmış atəşkəs sazişindən sonra Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılmasının birinci ildönümüdür.
Aİ bu döyüşlər zamanı insan tələfatına görə təəssüflənir, həlak olanların və yaralananların ailələrinə başsağlığı verir. Döyüş əməliyyatları dayandırılsa da, danışıqlar yolu ilə hərtərəfli və dayanıqlı həllə doğru irəliləmək üçün bir çox məsələlər hələ də həll edilməlidir. Biz xüsusilə tərəfləri atəşkəs rejiminə ciddi riayət etməyə, minaların təmizlənməsi üzrə tam əməkdaşlığa və sərhədyanı ərazilərdə gərginliyin azaldılmasına çağırırıq.
Aİ dinc və firavan Cənubi Qafqazın qurulmasına sadiq qalır, sülh quruculuğu və münaqişədən sonrakı yenidənqurma işlərində fəal iştirak edir. Aİ Cənubi Qafqazda qarşılıqlı fəaliyyəti və iqtisadi əməkdaşlığın bərpasını təşviq edir".