Avropa bu insanların qarşısını almaq istəyirsə, Əfqanıstanda və qonşu ölkələrdə ümidə, imkana, fürsətə sərmayə qoymalıdır.
Axar.az xəbər verir ki, bunu Norveç Qaçqınlar Şurasının baş katibi Yan Eqeland Kirman deyib.
O, hazırda İranda yaşayan 3,5 milyon əfqan qaçqına beynəlxalq dəstəyin artırılmasına çağırıb.
Kirman bildirib ki, hər gün 4-5 min əfqan İrana qaçır və heç bir tədbir görülməsə, bu vəziyyət Avropa üçün qaçqın böhranına çevriləcək.