Avropa ədalət məhkəməsi Avropa Komissiyasının "Google" şirkətinin 2,4 milyard avrodan çox məbləğdə cərimələnməsi qərarını dəstəkləyib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə məhkəmənin mətbuat xidməti bildirib.
Qərarda qeyd olunur ki, məhkəmə ABŞ şirkətinin cərimənin ləğv olunması ilə bağlı iddiasını rədd edib.
Xatırladaq ki, 2017-ci ilin iyununda Avropa Komissiyası "Google" şirkətini Avropa İttifaqının axtarış sistemləri bazarında üstün mövqeyindən sui-istifadə etməkdə ittiham edərək 2,42 milyard avro cərimələmişdi.
Qərarda qeyd olunur ki, "Google" məhsulların axtarışları zamanı nəticələri şirkətinin özünün məhsullarının xeyrinə təhrif edib, rəqib şirkətlərin məhsullarının reytinqini isə qəsdən azaldıb.