Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 15-də İrana rəsmi səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın dəvəti ilə baş tutacaq.

Qeyd edilir ki, səfər çərçivəsində ikitərəfli münasibətlərin bütün aspektlərdə müzakirəsi, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.

Şərqi Avropadakı son gərginlikdən sonra Britaniya ordusu Rusiya ilə müharibəyə hazır olmalıdır.

Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş Qərargah rəisi Nikolas Karter deyib.

"Mühacirləri Avropa İttifaqının sərhədlərinə sıxışdırmaq ideyası Rusiyanın sabitliyi pozan oyunlarından biridir. Belarus və Ukrayna sərhədlərində baş verənlər də illərdir Rusiya hökumətinin klassik diqqət yayındırma aksiyasıdır. Bu gərginliyin müharibəyə çevrilib-çevrilməyəcəyini bilmirəm. Düşünürəm ki, ayıq olmalıyıq. Mümkün bir müharibəyə qarşı NATO ittifaqı daxilindəki birlikdən də əmin olmalıyıq. NATO-da ortaq mövqeyimizdə heç bir boşluğa yol verməməliyik. Rusiya Şərqi Avropada daha böyük təhlükəyə çevrilib. Rusiya ilə müharibə olmayacağına ümid edirəm. Moskvanın da müharibə istədiyinə inanmıram, lakin NATO mümkün müharibəyə hazır olmalıdır", - Karter bildirib.

Fransanın xarici işlər naziri Jan-İv Lö Drian və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon daşığı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə özünün "Twitter" səhifəsində Fransanın XİN rəhbəri yazıb.

O bildirib: "Bu gün axşam amerikalı həmkarım Entoni Blinkenlə danışıqlar apardım".

Onun sözlərinə görə, danışıqlar zamanı Ukraynda hazırkı vəziyyət və İranla danışıqların bərpası məsələsi müzakirə edilib.

Misirin Asvan əyalətində baş verən qum fırtınası nəticəsində bölgə əhalisi əqrəblərin hücumuna məruz qalıb.

Axar.az xəbər verir ki, Misirin səhiyyə nazirinin müavini İhab Hənəfi Qum fırtınasının ərazidəki bəzi evləri yararsız hala saldığını, elektrik enerjisinin kəsilməsinə səbəb olduğunu bildirib.

Dağlıq ərazilərdə yaşayan əqrəblərin sel və qum fırtınasının təsiri ilə yaşayış məntəqələrinə sürükləndiyi təxmin edilir.

Əqrəb sancması nəticəsində 3 nəfər ölüb, 450 nəfər isə yaralanıb.

Azərbaycanın Şuşa şəhəri yaxınlığında törədilən terror hücumunun təşkilatçıları və iştirakçıları məsuliyyətə cəlb olunmalı, erməni terrorçusu Bakıya gətirilməlidir.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Şuşadakı mətbuat konfransında rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.

“Azərbaycanlı hərbçilərin və Rusiya sülhməramlılarının həyatını təhlükəyə qoyan bu terror hücumuna dair Paşinyan tərəfindən rəsmi açıqlama gözləyirik. Bu hücumun məqsədi sülhməramlıları Azərbaycan hərbçiləri ilə qarşı-qarşıya qoymaqdır. Bu xəstəlik artıq yan fəsadları verir, bu kimi hücumlar gələcəkdə də baş verə bilər”, - ekspert vurğulayıb.

O, erməni terrorçusunun Şuşaya Laçın dəhlizi vasitəsilə gəldiyini deyib:

“Burada pasport yoxlanışı aparmaq məsələsi yoluna qoyulmalı, Ermənistan vətəndaşlarının gəliş-gedişi barədə Azərbaycan tərəfinə məlumat verilməlidir”.

İ.Korotçenko məlum üçtərəfli bəyanatların müddəalarını yerinə yetirməsi, sərhədlərin delimitasiya və demarkasiya işlərinə başlanması, minalanmış ərazilərin xəritəsinin Azərbaycana təqdim etməsi üçün Ermənistana siyasi və iqtisadi vasitələrlə təzyiq göstərməyin vacibliyini diqqətə çatdırıb.

Şuşa yaxınlığında erməni ekstremisti tərəfindən törədilən təxribat müvafiq qaydada qınaq hədəfinə çevrilməlidir.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Şuşada keçirilən mətbuat konfransında Rusiya Siyasi Araşdırmalar İnstutitunun direktoru Sergey Markov bildirib.

“Azərbaycan hərbçilərinə tərəf qumbara atan erməni ekstremisti Rusiya sülhməramlıları tərəfindən saxlanılıb”, – o deyib.

Politoloq bu hadisədə əli olanların cəzalandırılmalarının vacib olduğunu söyləyib.

Qarabağ münaqişəsinin başa çatdığını, Qarabağın Azərbaycan torpağı olduğuna artıq heç kimin şübhəsi olmadığını vurğulayan S.Markov deyib:

“44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. İndi isə iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası işləri aparılmalıdır. Keçmiş ittifaqın bütün ölkələrində bu məsələlər həll olunub. Yalnız bir hissəsi 30 ilə yaxındır işğal altında qalmış Azərbaycan istisna təşkil edir”.