Şərqi Avropadakı son gərginlikdən sonra Britaniya ordusu Rusiya ilə müharibəyə hazır olmalıdır.
Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş Qərargah rəisi Nikolas Karter deyib.
"Mühacirləri Avropa İttifaqının sərhədlərinə sıxışdırmaq ideyası Rusiyanın sabitliyi pozan oyunlarından biridir. Belarus və Ukrayna sərhədlərində baş verənlər də illərdir Rusiya hökumətinin klassik diqqət yayındırma aksiyasıdır. Bu gərginliyin müharibəyə çevrilib-çevrilməyəcəyini bilmirəm. Düşünürəm ki, ayıq olmalıyıq. Mümkün bir müharibəyə qarşı NATO ittifaqı daxilindəki birlikdən də əmin olmalıyıq. NATO-da ortaq mövqeyimizdə heç bir boşluğa yol verməməliyik. Rusiya Şərqi Avropada daha böyük təhlükəyə çevrilib. Rusiya ilə müharibə olmayacağına ümid edirəm. Moskvanın da müharibə istədiyinə inanmıram, lakin NATO mümkün müharibəyə hazır olmalıdır", - Karter bildirib.