Düşünürəm ki, bu iki ölkənin müzakirə edəcəyi mövzular müxtəlif və çoxsaylıdır.
Gələn ilin yay aylarından etibarən koronavirus daha az təhlükəli olacaq.
Axar.az xəbər verir ki, bunu “Maykrosoft”un qurucusu, milyarder Bill Qeyts deyib.
“Bəlkə rəqəmlər mövsümi qripi olanlardan da aşağı düşəcək. Bu baş verəcək - əgər yeni ştamların yaranması kimi sürprizlər olmasa”, - o qeyd edib.
Onun sözlərinə görə, yaxın gələcəkdə bəşəriyyət yeni qrip növləri ilə mübarizə problemi ilə üzləşəcək. Qeytsin fikrincə, bu xəstəliyin mutasiyaları ilə bağlı yeni pandemiyanın qarşısını almaq üçün bəşəriyyət öz nailiyyətlərini qoruyub saxlamalıdır.
ABŞ Yaxın Şərqdəki maraqlarını və müttəfiqlərini İrandan gələn təhdidlərdən müdafiə edəcək və onun nüvə silahı əldə etməsinə icazə verməyəcək.
Axar.az xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin deyib.
“Biz özümüzü, tərəfdaşlarımızı və maraqlarımızı İran və onun peyklərindən gələn təhdidlərdən qoruyacağıq. İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlıyıq”, - Ostin qeyd edib.
Almaniya kansleri Angela Merkel və Polşa Baş naziri Mateuş Moravetski arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər Polşa-Belarus sərhədində miqrant böhranını müzakirə ediblər.
Merkel sözügedən məsələdə rəsmi Varşava ilə tam həmrəy olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.
Qeyd edək ki, bundan öncə Merkel Belarus lideri Aleksandr Lukaşenko ilə sözügedən məsələ ətrafında telefon müzakirəsi aparmışdı.
Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 982 yeni yoluxma qeydə alınıb.
Ermənistan uzun illər Dağlıq Qarabağ məsələsində beynəlxalq ictimaiyyətin mövqeyini ədalətsiz hesab edib və Azərbaycanın mövqeyinə qulaq asmayıb.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, nəticədə müəyyən andan etibarən artıq Ermənistanın özünün də mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmur.
“İndi sual olunur ki, biz qərar qəbul etmək istəyirik, ya yox? Ermənistan hökumətinin missiyası qərar qəbul etməkdir. Amma deyilənlər o demək deyil ki, istənilən bir həll bizim üçün məqbuldur. Beynəlxalq ictimaiyyət Ermənistan və Azərbaycanın daimi şikayətlərindən sadəcə olaraq yorulub. Və kobud desək, hər iki tərəfi nəhayət öz aralarında razılığa gəlməyə və ortaq dil tapmağa çağırır. Niyə bizə elə gəlir ki, bütün dünya problem və qayğılarımızla yaşamalıdır? Bəlkə də bəzi problemlərimizi özümüzün həll etməyimizin vaxtıdır. Dünya ictimaiyyəti də bizə təxminən bunu deyir”, – Paşinyan bildirib.