Rusiyanın Saxalin əyalətində güclü qar çovğunu səbəbindən 10 mindən çox insan işıqsız qalıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin bərpası üçün müvafiq tədbirlər görülür.

Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvili Qldani həbsxanasında işgəncə və qeyri-insani rəftara məruz qalıb. İnkişaf etmiş ölkələrdə belə insanlara uzun sürən aclığın fəsadlarından xilas olmaq üçün azadlıqda müalicə almaq imkanı verilir.

Axar.az xəbər verir ki, bu sözləri Saakaşvilinin vəkili Dmitri Sadzaqlişvili deyib.

“Şəxsən Saakaşvilinin yaxşı olduğunu gözləyirdim. Anlamalıyıq ki, 50 günlük aclıqdan sonra tezliklə səhhətin bərpa olunması mümkün deyil. İşgəncəyə məruz qalmış insan kimi o, azad edilməli və belə mühitdə müalicə olunmalıdır. Bu, hüquqi baxımdan mümkündür”, - deyə vəkil bildirib.

Qeyd edək ki, Saakaşvili 50 günlük aclıq aksiyasını dayandırıb və Qori hərbi hospitalında müalicə olunur.

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin aclığı dayandırması onun məhkəmə proseslərində iştirakı üçün əsas ola bilər.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.

“İctimaiyyətə artıq bəllidir ki, Saakaşvili aclığı dayandırıb və biz eks-prezidentin məhkəmədə iştirakı üçün mütləq şəkildə həkimlərin onun səhhəti ilə bağlı rəyini gözləyəcəyik”, - deyə nazir bildirib.

Qeyd edək ki, Saakaşvilinin işi ilə bağlı növbəti məhkəmə prosesi noyabrın 29-da keçiriləcək.

2023-cü il üçün bir çox fərqli addımların atılacağı bir dövrdə olacağıq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Londondakı Beynəlxalq Demokratlar İttifaqının nümayəndələri ilə telefonla danışarkən deyib.

2023-cü il hədəflərindən danışan Ərdoğan qeyd edib: "Mən sizin həyəcanınızı, həvəsinizi belə görürəm və inanıram ki, Allahın izni ilə bunun nəticəsini görəcəyik. İttifaq bu performansı davam etdirsə, mütləq nəticəsini verəcək".

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak Rusiya xüsusi xidmət orqanlarının agentidir. O, “Timofeyev” təxəllüsü ilə fəaliyyət göstərir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Daxili İşlər Nazirliyinin ehtiyatda olan generalı Gennadi Moskal deyib.

“Ruslar soruşurlar ki, Timofeyev sizə nə edir? Deyirəm, nə Timofeyev? Bu, Rusiyanın Ukraynadakı agenti Andrey Yermakdır. Onun təxəllüsü də Timofeyevdir", - Moskal bildirib.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçmiş rəisi Vasili Burban bir müddət əvvəl Ukrayna hakimiyyət orqanları arasında Rusiyanın maraqlarına xidmət edən agentin olduğunu demişdi.

Biz heç bir halda hücum mövqeyində deyilik, oradakı haqlarımızı müdafiə edirik.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Egey və Aralıq dənizindəki vəziyyət barədə danışarkən deyib.

O, Türkiyənin bütün addımlarının məntiqli və soyuqqanlı olduğunu nəzərə çatdırıb:

“Biz belə davranarkən Yunanıstan təxribatçı hərəkətlər edir. Yunanıstan rəsmiləri sanki Türkiyənin Yunanıstana qarşı bir həmləsi var imiş kimi ifadələr işlədirlər, Türkiyənin işğalçı olması barədə rəy formalaşdırmağa çalışırlar. Ancaq əslində tarix də, indi baş verənlər də təcavüzkarın kim olduğunu aydın şəkildə göstərir”.

H.Akar Yunanıstan rəsmilərinin fikirlərinə sərt reaksiya verib:

“Yunanıstan rəsmiləri tarixə, hüquqa və gündəlik həyata zidd olan fikirlər ortaya atırlar. Onlar insan haqlarından danışırlar. Ancaq Yunanıstan sahil mühafizəçilərinin müdafiəsiz mülki şəxslərin qayıqlarını dənizin ortasında batırmağa çalışmaları, atəş açmaları insanlıq əleyhinə böyük cinayət və vicdansızlıqdır. Belə bir mühitdə hadisələrin Türkiyəyə qarşı yönəldilməsi başa düşülən olsa da, bu, əxlaqi, hüquqi və real məsələ deyil. Bu, sırf ikiüzlülük və riyakarlıqdır”.

Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı peyvənd olunduqdan sonra özünü yaxşı hiss edir.

Axar.az xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

“Yaxşıdır. Bir az əvvəl onunla görüşdüm”, - deyə Peskov bildirib.

Qeyd edək ki, bir gün əvvəl rusiyalı lider “Sputnik Layt” ilə təkrar peyvənd olunduğunu bildirmişdi.

Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, COVİD-19 əleyhinə vaksinasiyada Pfizer/Biontech preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı aidiyyatlı qurumlara məktub göndərib.

Bu barədə Axar.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məktuba əsasən Pfizer/Biontech preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb:

"Bununla əlaqədar olaraq hazırda ölkəmizdə istifadə olunan Pfizer/Biontech vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədəkdir".