Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin aclığı dayandırması onun məhkəmə proseslərində iştirakı üçün əsas ola bilər.
Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.
“İctimaiyyətə artıq bəllidir ki, Saakaşvili aclığı dayandırıb və biz eks-prezidentin məhkəmədə iştirakı üçün mütləq şəkildə həkimlərin onun səhhəti ilə bağlı rəyini gözləyəcəyik”, - deyə nazir bildirib.
Qeyd edək ki, Saakaşvilinin işi ilə bağlı növbəti məhkəmə prosesi noyabrın 29-da keçiriləcək.