2023-cü il üçün bir çox fərqli addımların atılacağı bir dövrdə olacağıq.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Londondakı Beynəlxalq Demokratlar İttifaqının nümayəndələri ilə telefonla danışarkən deyib.
2023-cü il hədəflərindən danışan Ərdoğan qeyd edib: "Mən sizin həyəcanınızı, həvəsinizi belə görürəm və inanıram ki, Allahın izni ilə bunun nəticəsini görəcəyik. İttifaq bu performansı davam etdirsə, mütləq nəticəsini verəcək".