ABŞ Polşa, Baltikyanı ölkələr, Ukrayna və Belarus sərhədindəki miqrasiya böhranından istifadə edərək müharibəyə başlamaq istəyir.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Onlar bu yazıq qaçqınlardan, bu prosesdən istifadə etməyə çalışırlar. Məqsədləri göz qabağındadır, artıq açıq şəkildə deyirlər: NATO-nu birləşdirmək. NATO nə deməkdir? Müharibə başlatmaq. Bizi təxribata çəkirlər. Bu, lazım deyil. Avropa bunu istəmir, Avropa müharibə istəmir. Bu müharibə kimə lazımdır? Amerikalılara", - Lukaşenko qeyd edib.
Onun sözlərinə görə, ABŞ başqasının əli ilə döyüşməyi xoşlayır və burada qarışıqlıq yaratmaq niyyətindədirlər.
Futbolçuları təbrik etmək istəyirəm. Qələbə qazanmaq istəyirdik. Düşünürəm ki, bu gün oyunçularım çox böyüdülər.
Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə Kiprin "Omoniya" komandası ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyunundan sonra mətbuat konfransında deyib.
"Futbolçulara heç bir iradım yoxdur. Görüşdəki qollar da maraqlı alındı. Rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıram", - Q.Qurbanov qeyd edib.
Qurbanov qapıçı Şahruddin Məhəmmədəliyevin son qoldakı səhvindən danışıb: "Bu, futbolda nadir görünən epizoddur. Burada Şahruddinin səhvindən çox rəqib futbolçunun ustalığı ön plana çıxdı. Həqiqətən çox gözəl qol alındı. Matçdan sonra qapıçımıza irad bildirmədim. Ona möhkəm olmasını söylədim. Dedim ki, qarşıda yaxşı oyunlarımız var".
Təcrübəli baş məşqçi hakim idarəçiliyi haqqında da fikirlərini bölüşüb: "Düşünürəm ki, bu oyun hakimə böyük təcrübə oldu. İlk dəfə qrup mərhələsi matçını idarə edirdi. Həyəcanı da hiss olunurdu. Qolumuz və penaltimiz verilmədi. Rəqibə qırmızı vərəqə də vermişdi. Sanki bunu sığortalamaq istəyi var idi. Buraxdığımız qollar texniki səhvlərdən oldu. Qarşıdakı oyunlarda hakimlərə uğurlar arzulayıram. İnanıram ki, növbəti görüşlərdə daha diqqətli olacaqlar".
Mütəxəssis bütün oyunçularından razı qaldığını sözlərinə əlavə edib: "Təmiz qolumuz qeydə alınmadı. Bu, mənə Avropa Liqasında "İnter"lə oyundakı qolu xatırlatdı. Belə qollar sayılmırsa, nə deyə bilərəm"?
Qurbanov görüşdə bir dəyişiklik etməsinin səbəbini isə hər şeyin axarında getməsi ilə əlaqələndirib. Onun fikrincə, bu cür qarşılaşmalarda əvəzləməyə əl atmaq risklidir: "Bəzən anlaşılmazlıqlar ola bilər. Oyunu rəqibin cərimə meydanı ətrafında keçirdik. Bu səbəbdən, dəyişikliyi lazım bilmədik".
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Soçi görüşü konkret nəticələr verəcək.
Axar.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Heydər Əliyev Mərkəzində jurnalistlərə açıqlamasında məşhur rusiyalı politoloq, teleaparıcı və ictimai xadim Maksim Şevçenko deyib.
"Hesab edirəm ki, yalnız Soçi görüşü konkret nəticələr verə bilər. Bakı-İrəvan-Moskva üçbucağında yerləşən proses mənə çox perspektivli görünür", - deyə o qeyd edib.
Bu görüşdə müzakirəsi gözlənilən mövzulara gəlincə, M.Şevçenko sərhədlərin delimitasiyası ən vacib mövzu olduğunu vurğulayıb:
"Bir müddət əvvəl Ermənistan-Azərbaycan sərhədində faciəli hadisələr baş verəndə, o zaman insanlar həlak olanda, teleqram kanalımda yazmışdım ki, Ermənistan bu cür davranmağa davam edərsə, Qarabağ üçün ağladığı kimi Zəngəzura da ağlayacaq. Orada bu, kəskin reaksiya ilə qarşılanıb. Amma bu doğrudur. Müharibə ermənilərə yaxşı heç nə gətirməyəcək".
Ermənistanın Azərbaycanla sülh sazişi imzalamamasının əsas baiskarı erməni diasporudur.
Axar.az xəbər verir ki, bunu Report-a tanınmış fransalı fotoqrafiya ustası, əslən azərbaycanlı Rza Deqati deyib.
“Ermənistandakı yaşayışın nə qədər çətin olduğundan, minlərlə əsgərin, ailə üzvünün ölməsinin nə demək olduğundan onların xəbəri belə yoxdur” – deyən sənətkarın fikrincə, erməni diasporu da ölkəsini müharibəyə sürükləməyin axırı olmadığını, İkinci Qarabağ müharibəsində məğlub olmuş Ermənistanın Azərbaycanla barışmaması halında daha böyük itkilərlə üzləşəcəyini dərk etməlidir.
Rza Deqati qeyd edib ki, Ermənistan Azərbaycanla barışmaq istiqamətində heç vaxt addım atmadığı halda, Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səy göstərib:
“Hamıya məlumdur ki, Azərbaycan sülh sazişi üçün əlindən gələni əsirgəməyib”
Yaxın zamanlarda koronavirus infeksiyasının yayılması ilə əlaqədar Avropa İttifaqının sərhədlərində giriş-çıxış qaydaları dəyişdirilə bilər.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Aİ-nin səhiyyə məsələləri üzrə komissarı Stella Kiriakides İspaniyanın "La Razon" qəzetinə müsahibəsində deyib.
"Qış çox ağır olacaq. Dekabrda və yanvarda xəstəxanaları böyük yüklənmə gözləyir. Əhalisinin 80 faizdən azı koronavirusa qarşı peyvəndələnən ölkələr infeksiyanın qarşısının alınması üçün ciddi tədbirlər görməli olacaq", - deyə avrokomissar bildirib.
O əlavə edib ki, bir neçə gündən sonra Aİ sərhədlərində giriş-çıxış qaydaları dəyişdiriləcək. O, hansı dəyişikliklərdən söhbət getdiyini açıqlamayıb.
Çexiya prezidenti Miloş Zeman 46 gündür müalicə olunduğu Praqa mərkəzi hərbi hospitalından buraxılıb.
Biz vədlər verməklə yanaşı, əməli şəkildə həyata keçirməyə gedirik. Bu bizim milli aviaşirkətimizdir və onun yaradılmasına bu gündən rəsmən başlanılacaq.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O, qurulacaq şirkətin adını "Ukrayna Milli Hava Yolları" adlandırmağı planlaşdırdıqlarını bildirib.
Bundan əlavə, forum çərçivəsində Ukraynanın İnfrastruktur Nazirliyi ilə "Airbus" şirkəti arasında milli aviaşirkətə dair anlaşma memorandumu imzalanıb.
Kiyev hakimiyyəti Donbasda gərginliyi artırır. Təhlükəsizlik qüvvələri bəzi bölgələrdə hücum əməliyyatları aparır.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Ukraynadakı vəziyyət hələ də ciddi narahatlıq doğurur.
Ambartsum Matevasyan Ermənistan Baş nazirinin müavini təyin edilib.
Axar.az xəbər verir ki, bu barədə N.Paşinyanın təqdimatı ilə Ermənistan prezidenti sərəncam imzalayıb.
Qeyd edək ki, bundan öncə Matevasyan Armavir əlayətinin qubernatoru olub.
Kiyev elektrik enerjisi təchizatında tamamilə Moskva və Minskdən asılıdır.
Axar.az xəbər verir ki, bunu Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko Ali Radada çıxışında deyib.
“Qaz doldurulmayıb, kömür təmin olunmayıb, istilik mövsümü üçün lazım olan hər şey verilməyib. Bizi praktik olaraq diz çökdürdülər”, - Timoşenko bildirib.
Onun sözlərinə görə, Ukraynanın enerji sektoru fövqəladə vəziyyətdədir.