Yaxın zamanlarda koronavirus infeksiyasının yayılması ilə əlaqədar Avropa İttifaqının sərhədlərində giriş-çıxış qaydaları dəyişdirilə bilər.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Aİ-nin səhiyyə məsələləri üzrə komissarı Stella Kiriakides İspaniyanın "La Razon" qəzetinə müsahibəsində deyib.
"Qış çox ağır olacaq. Dekabrda və yanvarda xəstəxanaları böyük yüklənmə gözləyir. Əhalisinin 80 faizdən azı koronavirusa qarşı peyvəndələnən ölkələr infeksiyanın qarşısının alınması üçün ciddi tədbirlər görməli olacaq", - deyə avrokomissar bildirib.
O əlavə edib ki, bir neçə gündən sonra Aİ sərhədlərində giriş-çıxış qaydaları dəyişdiriləcək. O, hansı dəyişikliklərdən söhbət getdiyini açıqlamayıb.