Belarus soyuqların düşməsilə Ukraynaya elektrik enerjisinin verilməsini dayandıracaq.

Axar.az xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko deyib.

Onun sözlərinə görə, Belarusdan elektrik enerjisi alınması tələdir, məqsəd Ukraynanı Rusiyanın enerji resurslarından asılılığa qaytarmaqdır.

ABŞ-ın qəddar sanksiyaları bizim region ölkələri ilə əməkdaşlığımıza mane ola bilməz.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Türkmənistan paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV zirvə toplantısında deyib.

“İran Asiya ölkələri, xüsusilə Cənubi Asiya, Qərbi Asiya, Orta Asiya və Qafqazdakı qonşuları ilə iqtisadi əməkdaşlığa əhəmiyyət verir. İƏT də onlardan biridir. Biz bu təşkilatı qeyd-şərtsiz dəstəkləyirik. Prioritetimiz region ölkələri ilə əməkdaşlığı artırmaqdır. ABŞ-ın amansız sanksiyaları bölgə ölkələri ilə əməkdaşlığımıza mane ola bilməz. ABŞ nüvə sazişindən birtərəfli qaydada çıxması və ağır sanksiyaların tətbiqi ilə öz maraqlarının bizim regionun maraqları ilə eyni olmadığını göstərdi. Biz təkcə regionun iqtisadiyyatı güclü olan ölkələri deyilik. Eyni zamanda, biz islam kimi mədəniyyətə və bəşəriyyətin gələcəyinə işıq sala biləcək güclü mənəvi potensiala malik ölkələrik”, - Rəisi bildirib.

O qeyd edib ki, regional problemlər region ölkələri arasında həll edilməlidir. Qafqazda sabitlik və təhlükəsizliyin bərqərar olması ilə yeni iqtisadi əməkdaşlıq qurulacaq və bu, bölgənin inkişafına kömək edəcək.

Rəisinin sözlərinə görə, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Qafqazda birgə fəaliyyət göstərməsi təşkilatın inkişafına töhfə verəcək:

"Köhnə ticarət yollarının inkişafı və yenilənməsi, region ölkələrinin bu məsələdə birgə fəaliyyət göstərməsi İƏT-ə də öz töhfəsini verəcək. Təbii ki, regionun sərhədlərinin dəyişdirilməsi sabitliyə səbəb olmayacaq, əksinə, münaqişə və böhrana səbəb olacaq".

Rusiyanın kiməsə hücum edəcəyi, özünü aqressiv aparması ilə bağlı yayılan bəyanatlar tamamilə əsassızdır.

Axar.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitir Peskov deyib.

“Ukrayna dövlət başçısı və siyasətçilər tərəfindən dəstəklənən anqlo-sakson və Ukrayna mediasındakı isterikalar qəbuledilməzdir” – deyə Peskov bildirib.

Gürcüstan koronavirusun "omikron" ştammının aşkar edildiyi 8 Afrika ölkəsindən gələnlərə 14 günlük karantin tətbiq edəcək.

Axar.az xəbər verir ki, ölkənin COVİD-19-la Mübarizə üzrə Koordinasiya Şurasının qərarına əsasən, Cənubi Afrika Respublikası, Mozambik, Botsvana, Zimbabve, Lesoto, Namibiya, Esvatini və Malaviyə səfər etmiş şəxslər ölkəyə daxil olduqdan sonra 14 gün müddətinə karantinə alınacaq və bu şəxslər PCR testi ilə yoxlanılacaq.

Gürcüstan vətəndaşları üçün karantin yeri kimi müəyyən edilən mehmanxana və PCR testinin xərcləri dövlət tərəfindən ödəniləcək.

Qərar bu gündən qüvvəyə minib.

Hələ "omikron" ştammını aşkar etməmişik.

Axar.az xəbər verir ki, bunu ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci deyib.

"Ancaq bu qədər yoluxucu bir virus varsa, demək, bu virus hər yerə yayılacaq", - deyə Fauci bildirib.

"Omikron" ştamı ilə bağlı təşvişə düşməyə ehtiyac yoxdur.

Axar.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç deyib.

"Omikron"a qarşı hər hansı peyvəndin effektiv olmayacağı barədə danışmaq hələ çox tezdir. Hazırda "omikron"un nə qədər təsirli olub-olmadığı araşdırılır. Bu səbəbdən onun peyvənddən yan keçəcəyini söyləmək düzgün deyil", - Vujnoviç qeyd edib.

Rəsmi İrəvan reallığı qəbul etməli və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməlidir.

Axar.az xəbər verir ki, bunu Report-a amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2021-ci il noyabrın 26-da Soçidə keçirilmiş görüşünün nəticələrini şərh edərkən bildirib.

“Ermənistan hökuməti 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməyə cürət etmir və Azərbaycan ilə sərhəddən təxribatlar təşkil etməkdə davam edir. Ermənistan rəhbərliyi əvvəlki tək zəifdir, o, öz seçiciləri arasında populyarlığını əhəmiyyətli dərəcədə itirib. Ermənistan cəmiyyəti, təəssüf ki, özünütəcrid halında qalmaqdadır”, - politoloq deyib.

O hesab edir ki, beynəlxalq görüşlər son nəticədə Baş nazir Nikol Paşinyana sübut edəcək ki, Ermənistan üçün iqtisadi uğurun yolu noyabr bəyanatının müddəalarını yerinə yetirməkdən keçir.