Ukraynadakı böhran diplomatiya yolu ilə həll edilməlidir.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Minsk razılaşmalarına və beynəlxalq hüquqa riayət etmək vacibdir”, - deyə Çavuşoğlu bildirib.

Ukraynada hərbi əməliyyatların başvermə ehtimalı hələ də yüksəkdir.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Kiyevin aqressiv ritorikası Donbasda güc ssenarisinin mümkünlüyünü göstərir”, - Peskov bildirib.

Mixail Saakaşvili dövlət vəsaitlərinin mənimsənilməsi işi üzrə məhkəmə iclasında çıxış edərək, bu ittihamları absurd adlandırıb.

Axar.az xəbər verir ki, bu barədə gürcü mediasında məlumat yayılıb.

“Bunlar absurd və biabırçı ittihamlardır. Məni hamını yüksək səviyyədə qarşılamaqda ittiham edirlər. Bu gürcü instinktidir, ruslarda olmayan qonaqpərvərlikdir”, - deyə Saakaşvili bildirib.

O qeyd edib ki, Gürcüstan hakimiyyətinin onu həbsdə saxlaması və müxtəlif cinayətlərdə ittiham etməsi Rusiyanın maraqlarına xidmət edir:

“Mən islahatlara görə minnətdarlıq istəmirəm, lakin ədalətsizliyə dözə bilmirəm. Və Saakaşvilinin adı ilə bağlı "korrupsiya" sözünü qəbul etməyəcəyəm”.

Qeyd edək ki, ittihama görə, Saakaşvili prezidentliyi dövründə dövlət vəsaiti hesabına gödəkçələr və paltolar alıb, oğlunun təhsil haqqını ödəyib, kosmetik prosedurlar həyata keçirib, bahalı avtomobillər və təyyarələr icarəyə götürüb, qol saatı alıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Entoni Blinkenlə görüş zamanı qışqıraraq sual verən jurnalistə zarafatla cavab verib.

Axar.az xəbər verir ki, Stokholmda ATƏT-in binasında hər iki nazirin çıxışından sonra rus və amerikalı jurnalistlər suallarını yağdırmağa başlayıblar.

Suallardan biri “ABŞ Rusiyaya hüquqi təhlükəsizlik zəmanəti verməyə hazırdırmı” olub. Lavrov isə gülərək, jurnalistə, “Üstümüzə qışqırmayın” cavabını verib.

Qərb xoşməramlılıq nümayiş etdirsə, yaxşı anlaşma əldə oluna bilər. Biz rasional, ölçülüb-biçilmiş və nəticəyönümlü dialoq axtarırıq.

Axar.az xəbər verir ki, bu barədə İran xarici i̇şlər naziri Hüseyn Əmir Abdullahian Tvitter hesabında yazıb.

O, Qərb dövlətlərinin “xoşməramlılıq” göstərəcəyi təqdirdə Vyanada davam edən nüvə danışıqlarında razılığın əldə oluna biləcəyini bəyan edib.

Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirovun xidməti vəzifəsini yerinə yetirən, hərbi helikopter qəzası zamanı həlak olmuş hərbçilərlə vida mərasimində çəkiliş aparmaq istəyən Baku TV-nin əməkdaşlarına qarşı nalayiq hərəkəti yolverilməzdir, jurnalistlərin sərbəst fəaliyyətinə maneçilik cəhdidir.

Axar.az xəbər verir ki, bu sözlər Azərbaycan Mətbuat Şurasının yaydığı bəyanatda qeyd olunub.

"Media orqanının böyük ictimai və mənəvi əhəmiyyət daşıyan hadisəni işıqlandırmaq, bu xüsusda məlumat toplamaq məqsədinin qarşısı alınmamalıdır. Media orqanının nümayəndələrinə qarşı güc tətbiqi elementləri ilə müşaiyət edilən davranışlar yolverilməzdir. Bu, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu prosesində jurnalistikanın daşıdığı missiyaya önəm verildiyi bir ölkənin prinsiplərinə ziddir. Belə xoşagəlməz halın yaşanması ciddi təəssüf hissi doğurmaqdadır.

Azərbaycan Mətbuat Şurası Baku TV-nin əməkdaşlarına münasibətdəki rəftarı qətiyyətlə pisləyir. Şura Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin diqqətini baş vermiş hadisəyə çəkərək qurumu kobudluğa yol vermiş əməkdaşı barədə müvafiq ölçü tədbiri götürməyə çağırır. Azərbaycan Mətbuat Şurası onu da bəyan edir ki, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanda jurnalistin qanuni fəaliyyətinə maneçilik cəhdlərinin gələcəkdə də təkrarlanmaması üçün Baku TV əməkdaşlarının üzləşdiyi duruma həssas yanaşılması mütləqdir. Şura ümüd edir ki, bu yanaşma konkret əməllərdə əksini tapacaq, baş vermiş hadisəyə layiqli qiymət veriləcəkdir", - bəyanatda vurğulanıb.

NATO üzvlərinin hamısı Ukrayna ilə həmrəydir və lazım gələrsə, Rusiyaya qarşı hərəkətə keçməyə hazır olacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland deyib.

“Biz Moskvaya mesajımızda qətiyyətliyik: əgər onlar Ukraynada sabitliyi pozmaq üçün addımlar atsalar və öz qüvvələrini Ukraynaya qarşı təcavüz üçün istifadə etsələr, bu günə qədər olmayan ciddi iqtisadi addımlar və sanksiyalarla qarşılanacaq", - Nuland vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Donbasdakı münaqişənin həllində yardımçı rol oynaya, Kiyevlə onun reinteqrasiya istiqamətində gələcək hərəkətində əməkdaşlıq edə bilər.

"Omikron" koronavirus ştammının ötürülməsi daha asan ola və peyvəndlərə müqavimət göstərə bilər.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın baş infeksionisti Entoni Fauçi deyib.

"Mutasiyaların molekulyar profili onun daha asan ötürülə biləcəyini və vaksinlərin təmin etdiyi qorunmadan qismən qaça biləcəyini göstərir. Amma dəqiq bilmirik. Hazır olmalıyıq", - Fauçi vurğulayıb.

Türkiyədə ağlasığmaz cinayət hadisəsi baş verib.

Axar.az xəbər verir ki, Yozqat şəhərində Fatma B. adlı qadın 1 aylıq körpəsini bıçaqlayıb, daha sonra isə sobaya ataraq yandırıb.

O, körpəsini öldürdükdən sonra qonşularına bu barədə deyib. Qonuşlar da öz növbəsində polisə məlumat veriblər.

Bildirilib ki, qadın bu vəhşi əməli törədərkən əri evdə olmayıb.

Fatma.B-nin hansı səbəbdən belə addım atdığı məlum deyil.

Polis faktla bağlı araşdırmalara başlayıb.