"Omikron" koronavirus ştammının ötürülməsi daha asan ola və peyvəndlərə müqavimət göstərə bilər.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın baş infeksionisti Entoni Fauçi deyib.
"Mutasiyaların molekulyar profili onun daha asan ötürülə biləcəyini və vaksinlərin təmin etdiyi qorunmadan qismən qaça biləcəyini göstərir. Amma dəqiq bilmirik. Hazır olmalıyıq", - Fauçi vurğulayıb.