Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenin Ukrayna ilə bağlı təkliflərini böyük maraqla dinləyəcək.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Kreml sözçüsü Dmitri Peskov çıxış edib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və Amerika Prezidenti Co Bayden dekabrın 7-də onlayn görüş keçirəcək.

Ukrayna Prezidenti Vladimir Zelenski ordunun Donbasdakı ön mövqelərinə baş çəkib.

Axar.az xəbər verir ki, Zelenski qüvvələrin əməliyyat zonasında əməliyyat vəziyyəti ilə tanış olub.

Zelenski hərbçilərlə söhbət edib, onlara qiymətli hədiyyələr və dövlət mükafatları təqdim edib.

O, hərbçilərlə görüşündə mütləq qalib gələcəklərinə əmin olduğunu vurğulayıb.

Moskva yalnız Rusiyanın Ukraynaya qarşı hücumu ilə bağlı xəbərdarlıqlar eşidir.

Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

Peskov bildirib ki, Donbasa güc tətbiqi ilə bağlı Kiyevə xəbərdarlıq edilmir: "Ukraynanın ünvanına bir kəlmə də eşitmirik".