London Ali Məhkəməsi WikiLeaks-in yaradıcısı Culian Assancın ekstradisiyası ilə bağlı ABŞ-ın müraciətini təmin edib.
İsveçrədə xırda texniki səhvə görə min nəfər özünü təcrid etməyə məcbur olub.
İrəvanda hakim siyasi elitaya yaxın sayılan ermənidilli hakimiyyətyönlü Aliqmedia.am resursunun köşə yazarı Tatul Akopyan ölümlə hədələnir.
Bayden Tehranın nüvə proqramı ilə bağlı aparılan diplomatik danışıqlar uğursuz olarsa, atılacaq addımları hazırlamağı tapşırıb. Bu halda biz başqa variantlara müraciət edəcəyik.
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Cen Psaki danışıb.
Psaki İranın iqtisadi sanksiyalardan qurtulmasının yeganə yolunun nüvə razılaşmasının şərtlərinə əməl etmək olduğunu bildirib:
“Əgər İranın nüvə proqramı sürətlənməyə davam edərsə, bizim İranın istehsal sektorlarından gəlirlərini məhdudlaşdırmaq üçün əlavə tədbirlər görməkdən başqa çarəmiz qalmayacaq”.
Bakıda özlərini Qarabağ qazisi kimi təqdim edən şəxslər bələdiyyə üzvlərini döyüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Axar.az-a bildirib ki, dekabrın 9-da saat 11 radələrində özlərini “Çinar Park” MMC-nin işçiləri və Qarabağ qaziləri kimi təqdim edən bir qrup şəxs Yasamal rayon bələdiyyəsinin inzibati binasına daxil olub.
Daha sonra onlar bələdiyyə ilə MMC arasında bağlanan müqavilənin vaxtından əvvəl ləğv edilməsinə etiraz edərək inzibati binanın otaqlarında dağıntılar törədib və bələdiyyənin 2 üzvünü döyərək onlara xəsarətlər yetiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub və iş üzrə istintaq hərəkətləri aparılır.
“Tesla” və “SpeysX” şirkətlərinin sahibi İlon Mask biznesi tərk edib, blogerliklə məşğul olmaq istədiyini bildirib.
Axar.az xəbər verir ki, bu barədə o, rəsmi Tvitter hesabında yazıb.
İzləyiciləri Maskın təşəbbüsünü dəstəkləyib və onu Yutub kanalı açmağa dəvət ediblər.
Ukraynaya helikopter, dron və təyyarələrin tədarükü Kiyevi kəskin və təhlükəli addımlar atmağa sövq edir.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.
“Ukrayna ordusu Donbasda ABŞ-ın tədarük etdiyi “Javelin” tank əleyhinə raket komplekslərindən və Türkiyə istehsalı silahlı pilotsuz uçuş aparatlarından istifadə etdiyini açıqlayıb. Nəticədə ölkənin şərqində vəziyyət daha da ağırlaşır.
NATO-ya üzv dövlətlər isə Rusiya Federasiyasının öz ərazisində qoşunların hərəkətinə daha çox diqqət ayırır”, - deyə Gerasimov bildirib.
O vurğulayıb ki, KİV-də Rusiyanın Ukraynaya hücuma hazırlaşdığı barədə yayılan məlumatlar yalandır.