30 milyon insan ABŞ Prezidenti Co Baydeni devirmək üçün silahlanmağa hazırdır.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın MSNBC kanalının analitiki Con Heylemann canlı yayımda deyib.
Analitik "Çak Tod Atlantik" jurnalındakı "Donald Trampın növbəti çevrilişi artıq başlayıb" məqaləsini şərh edib:
"Co Baydenin qeyri-qanuni seçildiyini və zorakılığın onu vəzifədən uzaqlaşdırmaq və Trampı gətirmək üçün əlverişli vasitə olduğunu söyləyən 8 faiz insan var, bəlkə də 12 faizdir. Bu, 20-30 milyon insan deməkdir".
Heylemann bildirib ki, bu, Tramp tərəfdarlarının siyasi zorakılığı təşviq edən kütləvi hərəkatı təmsil etdiyini göstərir.
Bu ilin 9 ayı ərzində 106 nəfər qidadan zəhərlənib.
Biz əminik ki, “Şimal axını 2” Kremlin Ukrayna və Aİ-yə təzyiq etmək qabiliyyətini artırır. Biz alman tərəfdaşlarla bu risklərə cavab verəcək həllər tapmağa çalışacağıq.
Axar.az xəbər verir ki, bunu Varşavada Almaniya kansleri Olaf Şolzla görüşdən sonra Polşanın Baş naziri Mateuş Moravetski deyib.
"Ən yaxşı həll yolu "Şimal axını 2"-nin işə salınmasının qarşısını almaq olardı", - deyə o, qeyd edib.
Dünyada yarım milyarddan artıq insan pandemiya səbəbindən yoxsulluqla üzləşə bilər.
Axar.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Dünya Bankı (DB) məlumat yayıb.
Hər iki hesabata əsasən, pandemiya səhiyyə xidmətlərinin göstərilməsini pozub və səhiyyə sistemlərini həddindən artıq gərginləşdirib. Bu səbəbdən son 10 ildə ilk dəfə olaraq əhalinin immunizasiya ilə əhatəliliyi azalıb, vərəm və malyariyadan ölüm halları artıb.
Qeyd edilir ki, COVID-19 pandemiyası səhiyyə xidmətlərinin ümumi əhatəsinə doğru 20 il davam edən qlobal tərəqqini dayandıracaq. Bundan əlavə, pandemiya 1930-cu illərdən bəri ən pis iqtisadi böhrana səbəb olub və insanların müalicə üçün pul ödəməsini çətinləşdirib.
"Bu vəziyyət yarım milyarddan çox insanı ifrat yoxsulluğa sövq edir, çünki onlar bu xidmətlərin haqqını öz ciblərindən ödəməli olurlar", - deyə hesabatlarda qeyd edilir.