London Nəqliyyat Agentliyi təhlükəsizlik baxımından şəhər yollarında elektriklə işləyən skuterləri qadağan edib. Bu gündən başlayacaq müraciət avtobus və yeraltı qatarlar da daxil olmaqla, bütün ictimai nəqliyyat vasitələrinə şamil ediləcək.
Axar.az xəbər verir ki, bu barədə “Verge” məlumat yayıb.
Agentliyin baş təhlükəsizlik zabiti Lilli Matson Londonun müxtəlif ictimai nəqliyyat xidmətlərində baş verən son təhlükəli hadisələrdən narahat olduqlarını bildirib.
Bu hadisələrə kütləvi yanğınlar və əhəmiyyətli miqdarda zəhərli tüstü və maddi ziyan daxildir.