Dekabrın 14-də Moskva hava limanlarında əlverişsiz hava şəraiti səbəbindən ümumilikdə 30-dan çox reys təxirə salınıb və təxirə salınıb.
Rusiyanın özünün köhnə rabitə peykini vuraraq sıradan çıxarmasından sonra ABŞ Çin və Rusiyadan gələ biləcək təhlükələrə qarşı peyklərin dayanıqlığını yoxlamağa başlayıb.
Axar.az “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, bununla bağlı fəaliyyətlərə ABŞ-ın raket izləmə peyklərinin vurulma ehtimalı, peyklərin işində tıxanmaların yaranması və kosmik müharibə zamanı digər elektron mübarizə effektləri daxildir.
Qeyd edək ki, sonuncu dəfə Amerikanın müdafiə nazirinin müavini Ketlin Hiks Kolorado ştatındakı Şriver Kosmik Qüvvələr Bazasında keçirilən virtual kosmik təlimi izləyib. Təlim Böyük Britaniya, Kanada və Avstraliya kimi ölkələrlə birgə keçirilib.
Bu gün Brüsseldə keçiriləcək Zirvə görüşü həm Azərbaycan, həm də türk dünyası üçün böyük əhəmiyyət daşıyır. Məsələnin digər önəmli tərəfi isə AB və Rusiya arasında mövcud olan rəqabətlə bağlıdır.
Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar deyib.
Onun sözlərinə görə, Brüssel görüşünün AB-nin enerji təhlükəsizliyinin gələcəkdə davamlı təminatında da xüsusi rolu ola bilər:
“AB 16 noyabrda sərhəddə baş verən erməni təxribatından sonra bu təşəbbüslə çıxış etdi. Lakin Rusiya 26 noyabr Soçi görüşü ilə meydanı boş buraxmadı. Təbii ki, Brüssel görüşündə təşkilatın məsələyə yanaşması çox böyük əhəmiyyətə sahibdir. Amma ortada olan əsas həqiqət budur ki, Zəngəzur dəhlizi türk dünyasını Avropaya bağladığı üçün, digər tərəfdən “Bir kəmər, bir yol” meqalayihəsinin də mərkəz sektorudur. Bununla yanaşı sözügedən xətt “türk sektoru” da adlandırılır. Əgər bu məsələ ilə əlaqədar problemlərin həllinə nail olunsa, Avropa Birliyi tədarük yollarının çoxşaxəliliyi və enerji təhlükəsizliyi məsələsində mühüm addım atmış olacaq”.
Ağar AB-nin görüş zamanı sərgiləyəcəyi münasibətin problemin həllində və ikitərəfli münasibətlərdə gələcəyə dair yol xəritəsinin müəyyən edilməsi baxımından əsas amillərdən biri olacağını vurğulayıb:
“Düşünürəm ki, təşkilatın sonuncu məsələ ilə bağlı özünün xüsusi planları var. Cənubi Qafqazın AB-nin maraq dairəsində olmasının altında yatan bir çox geosiyasi məsələlər mövcuddur. İndiyədək təşkilat daha çox Ermənistanın siyasi müdafiəsi ilə bağlı addımlar atıb. Ancaq AB bu görüşdə olduqca ehtiyatlı və diqqətli davranmalıdır. Çünki prosesin gedişatı əsasən onların Azərbaycana nə təklif edəcəyi və qarşılığında alacağı reaksiya ilə, cavabla bağlıdır. Hazırda AB-nin həm enerji, həm də digər geosiyasi təhlükəsizlik məsələləri ilə bağlı Cənubi Qafqaza böyük ehtiyacı var. Təşkilatın Rusiya ilə də aralarında ciddi problemlər mövcuddur. Ona görə buradakı dövlətləri öz yanında görmək istəyir. Görüş AB-nin yaxın gələcəkdə hansı istiqamətdə siyasət yeridəcəyini də bizə göstərəcək. Burada iki əsas yol var. Təşkilat ya problemin həllinə çalışacaq, yaxud da Azərbaycana və türk dünyasına təzyiqi gücləndirməyə başlayacaq”.
Mopedlər, yəni 50 kub/sm-dək motor həcmi olan nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük hüququ, eləcə də onların dövlət qeydiyyatına alınması qanunvericilikdə hələ ki nəzərdə tutulmayıb.
Bunu Axar.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib.
O bidirib ki, vətəndaşlarımızın son illərdə bu cür vasitələrdən istifadə etməsi ümumi nəqliyyatın hərəkətində kifayət qədər önəmlidir və hesab edirik ki, bu cür vasitələrdən düzgün şəkildə istifadə olunması yollarda sıxlıq və tıxacların qarşısının alınması üçün öz töhfəsini verəcək.
“Lakin bununla yanaşı vətəndaşlarımızın haqlı narazılıq və narahatlığı da az deyil. Bu cür vasitələrlə törədilmiş qəzalar, eləcə də qayda pozuntuları xüsusi texniki vasitələrlə aşkarlanması mümkünsüzdür. Hesab edirik ki, yeni qanun layihəsində tərəfimizdən edilmiş təkliflər qısa zamanda öz həllini tapacaq və bu cür nəqliyyat vasitələrini idarə edən şəxslərin məsuliyyəti dərinləşəcək və ciddiləşəcək. Əlavə olaraq bildirmək istəyirik ki, hərəkətin digər iştirakçıları – mopedlər, skuterlər, velosipedlər, yeni nəsil minik vasitələr mövcud qanunvericilikdə olmasa da, nəzərdə tutulan yeni qanunvericilik layihəsində öz həllini tapacaq məsələlər siyahısındadır”, - baş inspektor söyləyib.
Onun sözlərinə görə, mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq yol-patrul xidmətinin əməkdaşları tərəfindən yollarda bu cür vasitələrlə qayda pozuntusu edən şəxslərə adekvat münasibət göstərilir və hüquq çərçivəsində lazımi tədbirlər görülür.
İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə uyğun olaraq hərəkəkətin digər iştirakçılarının etdiyi qayda pozuntulatına görə 20-100 manat məbləğində cərimə nəzərdə tutulur.
Ukrayna müstəqillikdən bəri ilk dəfə adambaşına düşən ümumdaxili məhsula görə Avropada sonuncu olub.
Axar.az xəbər verir ki, bunu Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko deyib.
“Əziz dostlar, müstəqil Ukrayna tarixində ilk dəfə adambaşına düşən ÜDM-in həcminə görə Avropa qitəsində sonuncu olduq. Bu o deməkdir ki, biz adambaşına düşən ÜDM-ə görə artıq Moldovadan da geridəyik”, - Timoşenko bildirib.
Onun sözlərinə görə, ölkədə yaradılmış süni enerji böhranı böyük inflyasiyaya gətirib çıxaracaq.
ABŞ administrasiyası İranın nüvə sazişinə qayıtmaq üçün konstruktiv əməkdaşlığa sadiq olub-olmadığını qiymətləndirməyi erkən hesab edir.
Axar.az xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Jalina Porter deyib.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili dekabrın 15-də NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşəcək.
Axar.az xəbər verir ki, görüşdən sonra tərəflərin mətbuata açıqlamalar verəcəkləri gözlənilir.
Qeyd edək ki, dekabrın 15-də İrakli Qaribaşvili Şərq Tərəfdaşlığı sammitində iştirak edəcək.