Avropa İttifaqı məsələlərə o qədər də dərindən nüfuz etmədi. Görünür, yaxşı başa düşürlər ki, Soçidə daha ciddi addımlar atıb və həmin addımlarla bağlı məsələlərin yenidən qabardılması normal qarşılanmayacaq. Şarl Mişel indiyə qədər təsdiq edilmiş qərarların tərəfdarı olduğunu qeyd etdi.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Aİ Şurasının Prezidenti Şarl Mişelin Brüssel görüşü barədə bəyanatını şərh edərkən deyib.

“Ermənistan Aİ xətti ilə aparılan görüşə daha böyük ümidlər bəsləyirdi. Onlar Azərbaycanın mövqelərinə müəyyən təsir göstərməyə çalışdılar. Lakin Azərbaycan Prezidenti önləyici tədbirlər aldı: NATO-dakı görüşdə Prezident Zəngəzur dəhlizi məsələsini bir daha qabartdı”, - politoloq bildirib.

O qeyd edib ki, Brüssel görüşü sadəcə danışıqlar prosesinin intensivləşməsinə müəyyən töhfə verir:

“Bu görüş Soçi görüşünü, Rusiyanın moderatorluğu ilə aparılan danışıqlar prosesini əngəlləyə bilmədi. Diqqətlər yenidən Putinin moderatorluğu ilə aparılacaq danışaqlar prosesinə yönəldi”.

Q.Hüseynli deyib ki, Azərbaycan və Ermənistan arasında sülhyaratma prosesində ATƏT-in Minsk Qrupunun artıq görəcək bir işi qalmayıb:

“Aİ də, Avropdakı siyasi xadimlər də bunu yaxşı başa düşürlər. Şarl Mişel də bəyanatında Minsk Qrupunun adını qətiyyən çəkməyib. Hesab edirəm, MQ-nin artıq fatihəsi verilib. Bundan sonra həmsədrlərin görüşlərə qatılması çətindir”.

Gələn il Fransada prezident seçkiləri keçiriləcək. Fransa erməniləri artıq öz namizədlərini seçiblər və ona hər cür dəstək verməyə başlayıblar. Fransa vətəndaşı olan ermənilər sağlam düşüncəyə zidd olaraq 63 yaşlı yazıçı və jurnalist Erik Zemmura “girişməyə” başladılar. Burada ermənilər və ümumilikdə Ermənistan üçün bir maraqlı məqam diqqət çəkir - Fransada demək olar ki, hər kəs Zemmuru faşizmin fəal tərəfdarı və Makronun ən qatı düşməni kimi tanıyır.

Axar.az xəbər verir ki, bu fikirlərlə erməni siyasi şərhçi Tevos Arşakyan çıxış edib.

“Birincisi, Zemmur sağçıdır. Onun baxışları nasist baxışlarına çox yaxındır. Məsələn, Zemmur qeyri-leqal miqrasiyaya, müsəlman ölkələrindən olan miqrantlara qarşı çıxır, islamofobiya və antisemit fikirləri ilə fərqlənir. Onu hətta müsəlmanlara qarşı nifrət yaratdığına görə bir neçə dəfə cərimələyiblər də. Yəni faşist baxışlarına malik ultramillətçidir”, - deyə erməni ekspert bildirib.

Arşakyan əlavə edib ki, əgər 2022-ci ildə Makron yenidən Fransa prezidenti seçilsə, o, bu olanları ermənilərin yadına salacaq:

“Makron artıq indidən hər şeyi görür və anlayır. Belə çıxır ki, biz yeganə dostumuza qarşı da xəyanət etmiş olduq. Amma bu dəfə ermənilər bu “oyununa” görə cavab verməli olacaq. Makron yalnız Ermənistana deyil, həm də erməni icmasına qarşı münasibətini dəyişəcək”.

ABŞ və Aİ ölkələrinin kəşfiyyat xidmətləri etiraf edir ki, Rusiya əhalisinin bloger Aleksey Navalnıya marağı durmadan azalır.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.

“Bu gün Qərb kəşfiyyatı etiraf etməyə məcburdur ki, Rusiya əhalisinin “Berlin pasiyenti”nə marağı azalır. Onlar artıq Rusiya Rusiyada Navalnıya əvəz axtarırlar”, - Narışkin bildirib.

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib.

Axar.az xəbər verir ki, görüşdə İkinci Qarabağ müharibəsindən sonra yaranan vəziyyət müzakirə olunub.

Danışıqlardan sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.