Türkiyənin Bakıdakı səfirliyi Qarsın Sarıqamış rayonunda baş verən qəza nəticəsində həlak olan Azərbaycan vətəndaşları ilə bağlı başsağlığı verib.

Axar.az xəbər verir ki, başsağlığı mətni səfirliyin Tvitter səhifəsində yayımlanıb.

“Qarsın Sarıqamış rayonunda baş verən avtobus qəzası nəticəsində ikisi Azərbaycan vətəndaşı olmaqla 4 nəfər həlak olub. Vəfat edənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı, yaralılara Allahdan şəfa diləyirik”, - səfirlikdən bildirilib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistanda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Çavuşoğlu özünün Tvitter səhifəsində yazıb.

"İslam Əməkdaşlıq Təşkilatının iclasında iştirak etdiyim İslamabadda Azərbaycanın xarici işlər naziri can qardaşım Ceyhun Bayramovla Qafqazda baş verənləri müzakirə etdik. Bölgəmizdə normallaşmanın hər mərhələsində birlikdə hərəkət etməyə davam edəcəyik", - Çavuşoğlu bildirib.

Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə müzakirələrin ardınca Bakıda saxlanılan 10 erməninin azad edilməsini səmimiyyətlə alqışlayırıq.

Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyi (AB) Şurasının Prezidenti Şarl Mişel Tvitter hesabında paylaşım edib.

"Əsirlərin azad edilməsi Brüsseldə müzakirə edildiyi kimi, etimadı gücləndirmək üçün qarşılıqlı iradəni nümayiş etdirən mühüm humanitar jestdir. AB tərəfi saxlanılanların İrəvana transferini həyata keçirib", - Mişel bildirib.

İranda koronavirusun Omikron ştammına yoluxma halı qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə İran dövlət televisiyası məlumat yayıb.

Qeyd edək ki, İranda koronavirusdan indiyədək 131 mindən çox insan ölüb.