"26 noyabr 2021-ci il tarixində Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yeni variantı - B.1.1.529-un notasını verdi və onu "Omikron" adlandırdı. Cənubi Afrika Respublikasında yoluxma hallarının artması nəticəsində alimlər bu qənaətə gəldi ki, yeni bir mutasiya ortaya çıxıb.

Ardını oxu...

Nigeriyada quldurlar tərəfindən azı 20 nəfər öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat verib.

Belə ki, silahlı şəxslər İdasu bölgəsindəki üç kəndə hücum edib və azı 20 mülki şəxsi qətlə yetirib.

Quldurlar evləri, kənd təsərrüfatı texnikasını qarət edərək yandırıblar.

Faktla bağlı istintaq başlayıb. Yaşayış məntəqələrini və onların sakinlərini qorumaq üçün bölgəyə təhlükəsizlik qüvvələri göndərilib.

Çin koronavirusun yaranmasına görə dünyaya təzminat ödəməlidir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Foks Nyus"a müsahibəsində deyib.

"Çin təzminat ödəməli olacaq. Onun bu kompensasiyaları ödəmək üçün kifayət qədər pulu yoxdur. Amma nəsə etməlidirlər. Onların dünyaya etdikləri dəhşətlidir. Dəhşətlidir və bunun sonu yoxdur”, - ABŞ-ın keçmiş prezidenti bildirib.