Taliban Rusiya Prezidenti Vladimir Putinin Məhəmməd peyğəmbərlə bağlı dedikləri ilə razıdır.
Axar.az xəbər verir ki, bu barədə Əfqanıstanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Əbdül Kahar Bəlxi deyib.
“Putinin "Məhəmməd peyğəmbərin təhqir olunması ifadə azadlığı deyil, müsəlmanların dini etiqad azadlığının pozulması və müqəddəs hisslərinin təhqir edilməsidir" bəyanatını alqışlayırıq”, - deyə Taliban nümayəndəsi bildirib.
İşsizliyi daha da azaldacağıq. Turizmdən də böyük gəlirimiz oldu. Bu müddətdə Rusiya bizi tək qoymadı.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
"Eyni şey Avropada da baş verə bilər. İstanbul turizmdə yaxşı bir sıçrayış etdi. İnanıram ki, 2022-ci ildə bu baxımdan yaxşı vəziyyətdə olacağıq. İşsizlikdə də hədəflərimizə çatacağıq", - Ərdoğan vurğulayıb.
Rusiya Prezidenti Vladimir Putinin illik mətbuat konfransında işlətdiyi “Bəs, Meksika və ABŞ-ın heç vaxt ərazi problemi olmayıb? Daha əvvəl Kaliforniya kimin mülkiyyətində idi? Bəs Texas? Unutmusunuz?”cümləsi bir anda diqqəti tarixə yönəltdi. Maraqlıdır, Rusiya liderinin bəhs etdiyi ştatlar hansı dövlətə məxsus olub? ABŞ bu əraziləri necə əldə edib?
Axar.az xəbər verir ki, tarixi mənbələrə görə, Kaliforniya ərazisinə ispan missionerləri 18-ci əsrin sonlarında gəlməyə başlayıblar. 1821-ci il Meksikanın Müstəqillik Muharibəsi nəticəsində Kaliforniya Meksika ərazisinə çevrilib.
Kaliforniyada Kanada və ABŞ-dan olan insanlar 1820-ci illərdən etibarən məskən salıblar. 1846–1848-ci illərdə başlanan Meksika-Amerika müharibəsi nəticəsində Meksika öz ərazisinin yarıdan çoxunu, həmçinin Kaliforniyanı itirib. Lakin Kaliforniyanın aşağı regionu olan Baja Kaliforniya Meksikanın ərazisi kimi qalıb. Müharibə ölkələr arasında sərhəd anlaşılmazlığına görə baş verib.
Texas da qədimdən müxtəlif hind tayfalarının yaşayış yeri olub. Daha sonra bura Avropada yaşayan ispanlar köç etməyə başlayıblar. XVIII əsrin sonunda müasir Texasın bütün ərazisi Meksika ilə birlikdə İspan koloniyasının bir hissəsi olub. 1821-ci ildə isə Texas Meksika imperiyasının bir hissəsinə çevrilib. Daha sonra Texas Meksikadan ayrılmaq və müstəqil olmaq üçün mübarizə aparıb. Tarixi mənbələrə görə, toqquşmalar təxminən 10 il davam edib. ABŞ rəsmi olaraq bu mübarizəyə qarışmayıb. Amma qeyr-rəsmi şəkildə Texasa köməklik göstərib.
Texas Meksikadan ayrıldıqdan sonra, 1845-ci il tarixli müqaviləyə əsasən ABŞ-ın tərkibinə qatılıb və ölkənin 28-ci ştatı olub.
Bir daha təkrar edirəm, Donbasdakı vəziyyət müasir Avropa üçün biabırçılıqdır.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Donbasdakı hadisələri görməzdən gələn beynəlxalq strukturlar da daxil olmaqla, Ukraynanın Qərb kuratorlarını başqa tərəfə baxmağa və ya Kiyevin hərəkətlərinə göz yummağı dayandırmağa çağırırıq”, - deyə Zaxarova bildirib.
O, Minsk razılaşmalarının həyata keçirilməsi üçün Qərbi Kiyevə təsir etməyə səsləyib və bunsuz Donbasda və Avropada davamlı sülhün bərqərar olmayacağını vurğulayıb.
Gürcüstan parlamentinin sədri Kaxa Kuçava vəzifəsindən istefa verib.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze deyib.
O bildirib ki, Kuçava partiyanı tərk etmək niyyətində deyil.
Qeyd edək ki, gürcü parlamentinin yeni sədri Şalva Papuaşvili olacaq.
Məhəmməd peyğəmbəri təhqir etmək sənət azadlığı deyil.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
"Bu azadlıq başqa bir insanın azadlığını məhdudlaşdırdıqda, bizim inkişaf etdirdiyimiz məqsədlərlə müəyyən ziddiyyət təşkil edir. Məhəmməd peyğəmbəri təhqir etmək sənət azadlığıdırmı? Məncə, bu, azadlıq deyil. Bu, dini etiqad azadlığının və müsəlmanların müqəddəs hisslərinin pozulmasıdır”, - deyə, Putin söyləyib.
Ümümdünya Səhiyyə Təşkilatı koronavirusun yeni ştamı "Omicron"un dünyanın 106 ölkəsinə yayıldığını təsdiq edib.
Koronavirusun "omikron" ştamı ilə yoluxma halında "delta"dan fərqli olaraq ev şəraitində müalicə mümkündür.
Türkiyə Super Liqasının 18-ci turunda baş tutan "Yeni Malatyaspor"- "Kayserispor"(2:2) oyunundan dərhal sonra insident yaşanıb.
Gürcüstan Qərbin dəstəyini itirir və daha çox Rusiyaya yaxınlaşır.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Feysbuk səhifəsində yazıb.
“Gürcüstanda Rusiya ilə münasibətlərin dərinləşməsi və diplomatik məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı danışıqların aparıldığı daha ucadan eşidilir. Ölkəyə çoxlu sayda Rusiya xüsusi xidmət orqanlarının agentləri gətirilib, Gürcüstan televiziya və radio məkanı rus təbliğatı ilə dolub”, - Saakaşvili bildirib.