Məhəmməd peyğəmbəri təhqir etmək sənət azadlığı deyil.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
"Bu azadlıq başqa bir insanın azadlığını məhdudlaşdırdıqda, bizim inkişaf etdirdiyimiz məqsədlərlə müəyyən ziddiyyət təşkil edir. Məhəmməd peyğəmbəri təhqir etmək sənət azadlığıdırmı? Məncə, bu, azadlıq deyil. Bu, dini etiqad azadlığının və müsəlmanların müqəddəs hisslərinin pozulmasıdır”, - deyə, Putin söyləyib.