Şəhid ailələri və veteranlara hansı güzəştlərin verilməsi ilə bağlı çoxlu qanunlar, Prezidentin Fərmanı, icra hakimiyyətlərinin sərəncamları var.

 

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri və müharibə veteranlarının hüquq və imtiyazları ilə bağlı məlumatı portalda yerləşdirsə, onlar hüquqları barədə məlumatı ordan öyrənə bilərlər:

“Bundan başqa, özünüməşğulluqla bağlı proqram çox yaxşıdır. Amma proqramın həyata keçirilməsi mexanizmində problemlər var. Başqa sahələri deyə bilmərəm, amma kənd təsərrüfatı ilə bağlı şikayətlər çoxdur. Xəstə mal-heyvanları insanlara verirlər, o da qapıdan girəndən üç gün sonra ölür. Onların da bir dəfə almaq şansı var. Kəndliyə iki inək verirsən, ona bir illik qarantiya da verin. Heç olmasa üç aylıq da onun yeməyini verin. Çünki kəndli onu ehtiyacdan alır.

Eyni zamanda müharibə veteranları ilə bağlı müraciətlər olur. Onlar əlilliklə təyinatı almaq üçün müraciət edirlər. Ola bilər hansısa kompüter, aparat onu göstərə bilmir. Əgər qucağında silahla kazarmada yatmamısansa, bunu dərk edə bilməzsən. 5 dil bilə bilərsən, amma yanında döyüş yoldaşının ölməsi ilə keçirilən psixoloji sarsıntını heç kəs bilə bilməz”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə bildirib ki, şəhid ailələrinin imtiyazları barədə məlumatlar elektron sistemdə yerləşdirilib:

"Bununla bağlı bukletlər də çap olunub. Təqdim olunan heyvanlarla bağlı isə araşdırılmamış məlumatlar verilməsin. Təqdim olunmuş heyvanlarla barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin arayışları olur. Araşdırmamış heç kim heç nə deməsin".

26 Noyabr 2024 Şeyx Ukrayna və Yaxın Şərqdəki savaşla bağlı çağırış etdi
26 Noyabr 2024 G7 Ukraynaya 50 milyard dollar kredit verir
26 Noyabr 2024 Umerov silah almaq üçün Seula gedir
26 Noyabr 2024 Bu ölkələrlə viza rejimi qismən ləğv edildi
26 Noyabr 2024 İrandan gözlənilməz: Onları pulsuz qoruya bilərik!
26 Noyabr 2024 Dərman vasitələrinin qanunsuz dövriyyəsinin qarşısı alındı
26 Noyabr 2024 ABŞ Azərbaycanın bu öhdəliyini yüksək qiymətləndirir
26 Noyabr 2024 33 yaşlı ANS
26 Noyabr 2024 Vaxtdır, şərq cinahı gücləndirməliyik - Hili
26 Noyabr 2024 Xaricə getmək istəyənlərə şad xəbər - Biletlər ucuzlaşdı
26 Noyabr 2024 Samirə Ermənistana getdi, Paşinyana mesaj verdi - Foto
26 Noyabr 2024 Nazir polkovnik-leytenanta vəzifə verdi
26 Noyabr 2024 AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
26 Noyabr 2024 Duda İrəvanda Azərbaycandan danışdı
26 Noyabr 2024 Sabiq idarə rəisinin vəsatəti təmin edilmədi
26 Noyabr 2024 Qərb Gürcüstanda buna çalışırdı - Bortnikov
26 Noyabr 2024 Kiyevə nüvə silahı? - Kremldən isterik reaksiya
26 Noyabr 2024 Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
26 Noyabr 2024 Qatarlar "Əhmədli" stansiyasına qədər hərəkət edəcək
26 Noyabr 2024 Bu tarixdə metro saat 1-ə kimi işləyəcək
26 Noyabr 2024 Vikinqlər haqqında Yeni Kəşflər
25 Noyabr 2024 Hakan Fidan NATO baş katibi ilə görüşdü
25 Noyabr 2024 Quranı yandıran rusiyalıya ağır cəza verildi
25 Noyabr 2024 Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
25 Noyabr 2024 Qaz limitinin artırılması ilə bağlı təklif!
25 Noyabr 2024 Ermənistanda dövlət bayrağı endirildi: Matəmdir? – Video
25 Noyabr 2024 Paşinyan Aşqabada getməkdən imtina etdi
25 Noyabr 2024 Bakıda Monqolustan əti satılır: 13-15 manat
25 Noyabr 2024 Bakıda elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
25 Noyabr 2024 "Kartdan karta" ilə işləyən daha 258 sahibkar cəzalandırıldı