İtaliya G7 müttəfiqləri arasında kompromis əldə etməyə və Beynəlxalq Cinayət Məhkəməsinin İsrail Baş naziri Benyamin Netanyahunun həbsinə dair orderinin icrasını Yaxın Şərq münaqişəsi bitənə qədər dayandırmağa çalışır.
Axar.az xəbər verir ki, bu barədə “Il Messaggero” qəzeti məlumat yayıb.
Nəşr bu məsələdə ölkələrin mövqelərinin fərqli olduğunu bildirib:
“ABŞ BCM-nin yurisdiksiyasını tanımır, Böyük Britaniya isə onun beynəlxalq öhdəliklərini rəhbər tutacağını bildirir. İtaliya BCM-i dəstəkləyir, lakin hesab edir ki, qərar hüquqi cəhətdən əsaslandırılmalı və siyasi motivli olmamalıdır. İtaliya Fələstinlə münaqişə bitənə qədər sərəncamın icrasını dayandırmağa çalışır, çünki onun həlli Netanyahu ilə müzakirə olunmalıdır”.