Yaponiyanın Miyako adasında 6 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

 

Yeraltı təkanların episentri yerin 40 km dərinliyində Şərqi Çin dənizində qeydə alınıb. Zəlzələ Okinava prefekturasında da hiss olunub.

Tələfat v dağıntı barədə məlumat verilməyib.

Heç kim bizdən dövlətimizdən əl çəkməyimizi, Şimali Kipr Türk Cümhuriyyətini qurban verməyimizi gözləməsin və heç kim bizi Cənubi Kipr Cümhuriyyətinə konstitusiya dəyişikliyi ilə yamaq etməyə çalışmasın.

Axar.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar deyib.

 

"Biz belə bir şeyi qəbul etməyəcəyik. Əgər onlar bizim suverenliyimizi, müstəqilliyimizi qəbul etməsələr, belə bir müqavilədə imzamız olmayacaq.

Türkiyənin Şərqi Aralıq dənizində hüquqlarını təmin edən, eyni zamanda, suverenlik, bərabərlik və müstəqilliyə əsaslanan bir razılaşma olarsa, bu halda masaya oturarıq. Əks halda, heç bir müqavilə imzalamayacağıq”, - Tatar bildirib”, - Tatar bildirib.

Türkiyə 21-ci əsrin yüksələn ulduzudur, düşünülmüş siyasət sayəsində pandemiyanın ilk ilində iqtisadi artımı müsbət olan iki ölkədən biri olub.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Onun sözlərinə görə, 2002-ci ildə hakimiyyətə gələrkən, Mərkəzi Bankın ehtiyatları cəmi 27,5 milyard dollar, BVF-yə borcu isə 23,5 milyard dollar olub:

"Bu gün söhbət Mərkəzi Bankın 120 milyard dollar ehtiyatından və BVF qarşısında borcunun olmamasından gedir. Türkiyənin illik ixracat göstəricisi rekord həddə - 221 milyard dollara çatdı. “Beşinci kolon” ​​bu yaxınlarda ölkədə çaxnaşma yaratmağa çalışdı, valyuta bazarında görünməmiş manipulyasiya cəhdləri ilə qarşılaşdıq, ancaq cəmi bir saat ərzində bu problemi həll etdik".