“Bu gün Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti baş tutacaq.
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 109 yoluxma halı qeydə alınıb, 6 nəfər ölüb.
“Bu gün Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti baş tutacaq.
Rusiyanın Xabarovsk diyarında -30 dərəcə şaxtada küçədə qalan üç yaşlı uşaq təcili tibbi yardım maşınının sürücüsü tərəfindən xilas edilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, xəstə yanında olan həkimi gözləyən sürücü uzaqda bir uşağına əyilib-qalxdığını görür. Onun əvvəlcə oynadığıını zənn etsə də, az sonra uşağınr yanında heç kimn olmaması onu şübhələndirir. Yaxınlaşanda isə azyaşlının üzərində demək olar ki, paltar olmadığını görüb, dərhal xəstəxanaya aparır.
Məlum olub ki, uşağın məktəbli olan xalası səhər dərsə gedəndə qapını möhkəm örtməyib. Atasının yanında yata uşaq isə rnəzarətsizlikdən istifadə edib çölə çıxıb.
Balacanın anası isə həmin vaxt öz valideynlərinin evində olub.
Həkimlər oğlana ümumi hipotermiya və hər iki ayağında donma diaqnozu qoyublar.
Artıq uşaq xəstəxanadan buraxılıb.
Rusiya və Ukrayna arasındakı gərginlik Moldovaya da təsir edəcək.
Axar.az xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.
“Vəziyyət çox ciddidir, qüvvələr və təşkilatlar problemi dinc yolla həll etməyə çalışırlar. Ümid edirəm, bu yolu tapmaq olacaq və vəziyyət pisləşməyəcək. Biz də məlumat toplayır, təhlillər aparır və tərəfdaşlarla vəziyyəti müzakirə edirik. Əgər müharibə başlasa, bu bizə də təsir edəcək və regionda hamı üçün çətin vəziyyət yaranacaq”, - Sandu bildirib.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov vəzifəsindən azad edilib.
Axar.az xəbər verir ki, bununla bağlı əmri Agentliyinin nizamnaməsinə əsasən təhsil naziri Emin Əmrullayev imzalayıb.
Əmrə əsasən, Eldar Orucov Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışacaq.
Qeyd edək ki, E.Orucov 2021-ci ilin yanvarından Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin edilmişdi.
Bundan öncə isə o, Təhsil Nazirliyində, Kapital Bank ASC-də, Express Bank ASC-də şöbə müdiri və audit meneceri vəzifələrində çalıb.
2021-ci ildə dünyanın ən təhlükəli 10 təbii fəlakəti ölkələrin iqtisadiyyatına 170 milyard ABŞ dollarından çox ziyan vurub.
Milli.Az "Report"a istinadən bildirir ki, ötən il təbii fəlakətlərin vurduğu zərər 150 milyard ABŞ dollarını ötəməmişdi. On təbii fəlakətdən üçü ABŞ və Avropada baş verib. Ən güclü fırtına avqust ayında, ABŞ-ın cənub və şərqini vuran "İda" qasırğası olub. Qasırğadan dəyən ziyan 65 milyard ABŞ dolları təşkil edib.
kinci yerdə iyul ayında Avropada baş verən daşqınlar - 43 milyard ABŞ dolları, üçüncü yerdə isə fevralda, Texasda baş verən qar fırtınası qərarlaşıb. Qar fırtınası Texası 23 milyard ABŞ dollar ziyana salıb.
Sözsüz ki, Türkiyə bölgədə çox vacib oyunçudur, çox yaxın, dost və qardaş əlaqələrimiz mövcuddur.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstan Baş naziri İrakli Qaribaşvili çıxış edib.
Qaribaşvili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla olan münasibətlərindən də söz açıb:
“Bizim həm birbaşa, həm də telefonla çoxlu görüşlərimiz və söhbətlərimiz olub. Mən münasibətlərin qorunub saxlanılması, möhkəmləndirilməsi istiqamətində əlimdən gələn hər şeyi edirəm və şadam ki, Türkiyə Prezidenti də eyni əhvaldadır”.
Bizim regionda yeni vəziyyətdən istifadə etməyimiz üçün çox yaxşı imkanımız var. Bu barədə danışmağımın səbəbi Azərbaycan və Ermənistan liderlərinin mövqeyidir. Onların hər ikisi regionda sülhün tərəfdarıdır.
Axar.az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
Hökumət başçısının sözlərinə görə, hər iki lider ölkələr arasında münasibətlərin yeni mərhələyə keçməsində - bölgədə yeni layihələr, böyük infrastruktur, energetika, ticarət, iqtisadiyyat və s. barədə danışmaqda maraqlıdır:
“Əgər biz üçümüz müstəqil olaraq bu cür uğurun (humanitar razılaşma – red.) ikinci nümunəsini göstərsək, bu, hər üç ölkəyə və regiona kömək edəcək”.
İ.Qaribaşvili Gürcüstanın tarixən hər zaman və hazırda da Qafqazda düzgün yer tutduğunu və düzgün rol oynadığını qeyd edib:
“Hesab edirəm ki, bu gün unikal şansımız var. Mənim şəxsən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla isti və etibarlı münasibətlərimiz var. Bizim çox açıq, qardaş və dost münasibətlərimiz, heç bir maneə olmadan birbaşa ünisyyətimiz var”.