İsrail Səhiyyə Nazirliyi koronavirusun müalicəsi üçün “Paxlovid” dərmanının istifadəsinə icazə verib.

Axar.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti bildirib.

 

Məlumata əsasən, həmin dərman "Pfizer" şirkəti tərəfindən istehsal edilib:

"Səhiyyə Nazirliyi "Paxlovid" dərmanının istifadəsi üçün təcili icazə verib. Səhiyyə Nazirliyi və "Pfizer" şirkəti Paxlovid dərmanının alınması üzrə müqavilə imzalayıblar. Dərmanın yaxın günlərdə İsrailə göndəriləcəyi gözlənilir".

Rusiya Ukraynadakı vəziyyətə görə görünməmiş sanksiyalarla üzləşə bilər.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris deyib.

 

"Rusiya ilə birbaşa danışırıq. Çox aydın şəkildə bildiririk ki, Rusiya Ukraynanın suverenliyinə hörmət etməlidir, biz onun ərazi bütövlüyünü müdafiə edirik. Biz müttəfiqlərimizlə işləyirik və onlara aydın şəkildə bildirdik ki, bugünədək görünməyən sanksiyaları tətbiq etməyə hazırıq", - deyə Harris qeyd edib.

İkinci Qarabağ müharibəsi zamanı öyrənilən ən böyük dərslərdən biri dağlıq ərazidə edilən əməliyyat və bu əməliyyatı həyata keçirən birliklərdir.

Axar.az xəbər verir ki, bunu Türkiyənin hərbi-siyasi eksperti Abdullah Ağar Trend-ə açıqlamasında bildirib.

O bildirib ki, komandolar müasir hərbin ən əsas fiqurlarında biridir.

“Başda Qarabağ olmaqla, Azərbaycanın bir çox bölgəsi dağlıq ərazidir. Bu dağlıq ərazilərdə maneələr yaradan və lazım gəldikdə mübarizə aparacaq birliklərə ehtiyac var. Bu səbəbdən Komanda Briqadası quruldu. Digər tərəfdən müasir hərbin ən əsas fiqurlarından biri komandolardır. Onlar həm yüksək ağıl, ruh, fiziki qabiliyyət və cəsarət göstərməlidir, həm də müasir texnologiyadan istifadə edə bilməlidir”, – deyə A.Ağar qeyd edib.

 

Ekspert bildirib ki, Hadrut bu yöndə xüsusi bir ərazidir. Çünki demoqrafik və topoqrafik quruluşuna görə həssas bir ərazi idi və müharibənin qazanılan ən vacib zəfərlərindən biri Hadrutda yaşandı.

“Hadrutun ətrafı dağlıq ərazidir və bu səbəbdən Qarabağın ən önəmli yerlərindən biridir. Bütün bu səbəblərə görə orada komanda briqadasının olması son dərəcə doğru, mənalı və vacib nəaliyyətdir. Komanda Briqadasının yaradılması gələcəkdə hər hansı bir mübarizə zamanı arzuedilən müvəffəqiyyəti əldə etmək üçün önəmli bir addımdır”,- deyə o vurğulayıb.

Qeyd edək ki, dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər.

Açılış zamanı ölkə başçısı qeyd etdi ki, Hadrutda bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando Briqadasının yaradılması Azərbaycan üçün yenilikdir. Azərbaycanda bir çox Komando briqadalarının yaradılması planlaşdırılır.

Konqresdə qəbul edilən qanunlar ABŞ Prezidenti Co Baydenin qarşısını kəsdiyi üçün Rusiyaya qarşı sanksiyaları ləğv edə bilməz.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

 

“Bir çox proseslər kodlaşdırılıb, yəni burada Baydenin ABŞ Konqresində qəbul edilmiş qanunlar və aktlarla əl-qolu bağlanır. Bu, yəqin ki, respublikaçılar və demokratlar arasında siyasi qarşıdurmanın nəticəsidir, ona görə də burada prezident hər şeyi ləğv edə bilməz”, - Peskov bildirib

Mətbuat katibi qeyd edib ki, Rusiya bunu yaxşı bilir və çox uzun müddət sanksiyalarla yaşamalı olacağını anlayır.

Koronavirus bədənin əksər orqanlarına, xüsusən ürək və beyinə daxil olaraq 7 aydan çox qala bilir.

Axar.az xəbər verir ki, bu barədə amerialı alimlərin araşdırmasında deyilir.

Alimlər 230 günə yaxın müddətdə müxtəlif anatomik bölgələrdə apardıqları müşahidələr nəticəsində bu qənaətə gəliblər.

 

Bildirilib ki, hətta yüngül simptomları olmayan xəstələrdə də virus orqanizmdə geniş yayılır.

Bununla belə, elm adamları ağciyərlərdən kənarda heç bir ciddi iltihab aşkar etmədiklərini vurğulayıblar.