Rusiya Ukraynadakı vəziyyətə görə görünməmiş sanksiyalarla üzləşə bilər.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris deyib.
"Rusiya ilə birbaşa danışırıq. Çox aydın şəkildə bildiririk ki, Rusiya Ukraynanın suverenliyinə hörmət etməlidir, biz onun ərazi bütövlüyünü müdafiə edirik. Biz müttəfiqlərimizlə işləyirik və onlara aydın şəkildə bildirdik ki, bugünədək görünməyən sanksiyaları tətbiq etməyə hazırıq", - deyə Harris qeyd edib.