Vyanada nüvə sazişi üzrə danışıqlar düzgün istiqamətdə gedir.

Axar.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

O bildirib ki, Qərb ölkələri xoş niyyət nümayiş etdirsələr, çox yaxın gələcəkdə konsensus əldə oluna bilər.

 

XİN rəhbərinin sözlərinə görə, Avropa Birliyi (AB) danışıqlarda fəal mövqe tutub:

“Əgər opponentlərimiz eyni yanaşma ilə danışıqları davam etdirsələr, o zaman yaxın gələcəkdə bütün tərəflər üçün məqbul olan razılaşma əldə oluna bilər”.

Ukrayna ombudsmanı Lüdmila Denisova Gürcüstanın Ədliyyə Nazirliyinin eks-prezident Mixail Saakaşvilinin xəstəxanadan yenidən həbsə qaytarılması niyyətini qınayıb.

Axar.az xəbər verir ki, ombudsman bu barədə Teleqram səhifəsində yazıb.

 

“Xarici dövlətlər və hüquq-mühafizə təşkilatlarını Gürcüstan rəsmilərinin bu yöndə addımlarını kəskin qınamağa çağırıram”, - deyə Denisova bildirib.

Qeyd edək ki, Gürcüstanın Xüsusi Penitensiar Xidməti müalicəsi bitdiyi üçün tibbi heyətin Mixail Saakaşvilinin həbsxanaya köçürülməsi ilə bağlı qərar qəbul etdiyini bildirmişdi.

Türkiyə olaraq bölgələrlə bağlı ayrı siyasətimiz yoxdur, sülhün tərəfdarıyıq.

Axar.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

 

“Ukrayna-Rusiya gərginliyini yaxından izləyirik. Biz regionda sabitliyin davam etməsini istəyirik. Ukraynanın bütövlüyünə hörmət etdiyimizi bildirmişik”, - deyə Akar bildirib.

Müalicəsi başa çatan məhbus xəstəxanada qala bilməz.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze keçmiş prezident Mixail Saakaşvilinin Qoridəki hərbi hospitaldan həbsxanaya köçürülməsinə münasibət bildirərkən deyib.

“Əgər məhbusun səhhətində problemləri varsa, o, hərbi hospitala yerləşdirilir. Növbəti dəfə səhhətində problemlər yaranacağı təqdirdə Saakaşvili əvvəldə olduğu kimi, yenə də bura yerləşdiriləcək”, - nazir bildirib.

 

Onun sözlərinə görə, bu standartdır və heç bir məhbus istisna deyil. Qanun qarşısında hamı bərabərdir.

Qeyd edək ki, dünən Gürcüstanın Xüsusi Penitensiar Xidməti müalicəsi bitdiyi üçün tibbi heyətin Mixail Saakaşvilinin həbsxanaya köçürülməsi ilə bağlı qərar qəbul etdiyini bildirmişdi.

Türkiyədə ötən gün koronavirusa 26.099 yoluxma halı qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Bu rəqəmin 24 noyabrdan bəri ən yüksək göstərici olduğu bildirilib.

 

Son sutkada koronovirusdan qardaş ölkədə 157 nəfər ölüb.

F.Qoca yoluxmanın kəskin artmasına səbəb kimi Omikron ştammını göstərib. Nazir bildirib ki, Omikron daha sürətlə yayıldığı üçün yoluxmanın yaxın günlərdə daha da artacağı gözlənilir.