Ukrayna ombudsmanı Lüdmila Denisova Gürcüstanın Ədliyyə Nazirliyinin eks-prezident Mixail Saakaşvilinin xəstəxanadan yenidən həbsə qaytarılması niyyətini qınayıb.
Axar.az xəbər verir ki, ombudsman bu barədə Teleqram səhifəsində yazıb.
“Xarici dövlətlər və hüquq-mühafizə təşkilatlarını Gürcüstan rəsmilərinin bu yöndə addımlarını kəskin qınamağa çağırıram”, - deyə Denisova bildirib.
Qeyd edək ki, Gürcüstanın Xüsusi Penitensiar Xidməti müalicəsi bitdiyi üçün tibbi heyətin Mixail Saakaşvilinin həbsxanaya köçürülməsi ilə bağlı qərar qəbul etdiyini bildirmişdi.