Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı şərtləri qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin Xarici siyasət idarəsinin rəhbəri Jozep Borrell deyib.

“Təhlükəsizliklə bağlı AB və NATO-nun şərqə doğru genişlənməsinə son qoyulması tələbləri tamamilə qəbuledilməz şərtlərdir. Xüsusilə də Ukrayna məsələsi Rusiyanın gündəliyində olduğu halda”, - deyə o bildirib.

Borrell qeyd edib ki, Moskva ilk dəfə olaraq bu tələbi yazılı şəkildə təqdim edib:

 

“Bunu yalnız qaliblər edir. Qaliblər həmişə deyirlər ki, bu mənim şərtlərimdir. Biz Rusiyanın xarici siyasəti və “daxili məsələ” saydığı bəzi hadisələrlə razılaşmırıq”.

O, Moskvanı AB-nin iştirakı olmadan Avropa təhlükəsizlik arxitekturasına dair danışıqlar aparmaqda ittiham edib:

“Bu absurddur. Biz bunu qəbul etməyəcəyik”.

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden yanvarda Rusiya prezidenti Vladimir Putinlə şəxsi görüşünün mümkünlüyünü istisna etməyib.

Ardını oxu...

Ukrayna Prezidentinin antirusiya siyasəti yürütməkdə davam edəcəyi təqdirdə bu ölkənin Rusiyaya birləşəcəyi ilə bağlı söylədiklərim şəxsi fikrimdir.

Axar.az xəbər verir ki, bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov deyib.

 

"Çeçenistan Respublikasının rəhbəri adından danışmamışam, Rusiya Federasiyasının vətəndaşı kimi, Ramzan Kadırov kimi danışmışam. Bu mənim fikrimdir, çünki dövlətimizin taleyi və təhlükəsizliyi hazırda son dərəcə çətin vəziyyətdədir. Qərb isə yavaş-yavaş dövlətimizin sərhədlərinə yaxınlaşır, ona görə də hər an problemlər yarana bilər, mövqelərimizdən əl çəksək, başqaları kimi bizə də onların şərtləri diktə oluna bilər. Ona görə də respublikam, bölgəm, dövlətim, xalqım üçün narahat olan bir vətəndaş kimi öz fikrimi bildirdim", - Kadırov qeyd edib.

Qeyd edək ki, Ramzan Kadırov ona göstəriş veriləcəyi halda Ukraynanı işğal edə biləcəyini də bildirmişdi.

Çin BMT Kosmik İşlər İdarəsinə “Tesla” və “SpaceX”in qurucusu İlon Maskdan şikayət edib.

Axar.az xəbər verir ki, əsas olaraq “Starlink” layihəsi çərçivəsində orbitə buraxılan peyklərin kosmik stansiya üçün təhlükə yaratdığı göstərilib.

 

Çin “SpaceX”in iyul və oktyabr aylarında kosmosa göndərdiyi “Starlink” peyklərinin kosmos stansiyasına düşməsinin qarşısını almaq üçün toqquşmaya nəzarət tədbirləri həyata keçirməli olduğunu açıqlayıb.

Qeyd edək ki, “SpaceX” “Starlink” layihəsi ilə yer orbitində 12 min peykdən ibarət şəbəkə yaratmağı planlaşdırır. Layihənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur

19:38

Sudanda iki gün öncə çökən qızıl mədəninin dağıntıları altından 31 nəfərin meyiti çıxarılıb.

Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, hadisə kustar üsullarla qızılın çıxarıldığı Umm-Darsaya mədənində baş verib.

 

Daha 8 nəfər isə itkin düşmüş hesab edilir.

***

Sudanda qızıl mədəninin çökməsi nəticəsində ölənlərin sayı artıb.

Son məlumata görə, daha 7 işçinin meyiti dağıntılar altından çıxarılıb və bununla da ölənlərin sayı 38-ə çatıb.

İspaniyanın paytaxtı Madriddə partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Madridin Parla rayonunda yerləşən barların birində qeydə alınıb.

 

Partlayış nəticəsində azı iki nəfər ölüb.

Faktla bağlı araşdırmalar aparılır.