Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı şərtləri qəbuledilməzdir.
Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin Xarici siyasət idarəsinin rəhbəri Jozep Borrell deyib.
“Təhlükəsizliklə bağlı AB və NATO-nun şərqə doğru genişlənməsinə son qoyulması tələbləri tamamilə qəbuledilməz şərtlərdir. Xüsusilə də Ukrayna məsələsi Rusiyanın gündəliyində olduğu halda”, - deyə o bildirib.
Borrell qeyd edib ki, Moskva ilk dəfə olaraq bu tələbi yazılı şəkildə təqdim edib:
“Bunu yalnız qaliblər edir. Qaliblər həmişə deyirlər ki, bu mənim şərtlərimdir. Biz Rusiyanın xarici siyasəti və “daxili məsələ” saydığı bəzi hadisələrlə razılaşmırıq”.
O, Moskvanı AB-nin iştirakı olmadan Avropa təhlükəsizlik arxitekturasına dair danışıqlar aparmaqda ittiham edib:
“Bu absurddur. Biz bunu qəbul etməyəcəyik”.