Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden yanvarda Rusiya prezidenti Vladimir Putinlə şəxsi görüşünün mümkünlüyünü istisna etməyib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Delaver ştatından olan jurnalistlər dövlət başçısına yanvarda rusiyalı həmkarı ilə şəxsən görüşüb-görüşməyəcəyini soruşublar.
"Baxarıq", - deyə Bayden bildirib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu ilin sonuna qədər iki ölkə liderlərinin görüşünün mümkünlüyünü açıqlamışdı. Eyni zamanda o qeyd etmişdir ki, bu məsələ ilə bağlı hələlik dəqiq razılıq yoxdur.