Belarus Prezidenti Aleksandr Lukaşenko ilə İsrail Prezidenti İshaq Hersoq arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

“Söhbət zamanı dövlət başçıları pandemiya ilə əlaqədar mümkün və əlverişli vaxtda təmasların qrafikini müzakirə ediblər. Aleksandr Lukaşenko həmkarını ölkəyə səfərə dəvət edib”, - məlumatda qeyd olunub.

Biz Cənubi Qafqazda vəziyyətin inkişafını diqqətlə izləyirik və Ermənistan tərəfi ilə daim əlaqə saxlayırıq. Bir neçə gün əvvəl mən İrəvandan qayıtdım və orada ölkə rəhbərliyi ilə vəziyyəti hərtərəfli müzakirə etdik.

Axar.az xəbər verir ki, bu sözləri KTMT-nin baş katibi Stanislav Zas “Müttəfiqlər. KTMT” multimedia nəşrinin suallarını cavablandırarkən deyib.

 

Zas Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib.

Baş katib, həmçinin 26 noyabr üçtərəfli bəyanatını, delimitasiya və demarkasiya məsələləri üçün komissiyanın yaradılmasını dəstəklədiklərini bildirib.

Bu il bir çox problemli məsələləri normallaşdırmaq üçün addımlar atdıq. Ermənistanla normallaşma üzrə qarşılıqlı nümayəndələr təyin etdik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair mətbuat konfransında deyib.

 

“İstanbul-İrəvan aviareysləri qısa müddət ərzində başlayacaq”, - deyə Çavuşoğlu bildirib.

Türkiyə və Ermənistanın münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndələrin ilk görüşü Moskvada keçirilə bilər.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

“Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşü Moskvada baş tutacaq. Ermənistanın da belə bir istəyi var”, - Çavuşoğlu bildirib.

İran Cənubi Qafqazdakı bütün dəmiryolu kommunikasiyalarının tez bir zamanda bərpasına maraq göstərir.

Axar.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

"İranla Azərbaycanın müxtəlif istiqamətlərdə münasibətləri var. Enerji və tranzit sektorları üzrə əməkdaşlığa hər iki dövlət xüsusi diqqət ayırır. Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana nəqli barədə müqavilənin imzalanması ilə enerji əməkdaşlığında ilk addım atılıb. Mən Tehran-Bakı münasibətlərinin yüksələn xətlə inkişaf edən yeni mərhələyə keçməsinə çox sevinirəm. Azərbaycan və İran regional təşkilatlar çərçivəsində ikitərəfli və çoxtərəfli iqtisadi, ticarət, enerji, tranzit və digər sektorlarda münasibətlərini daha da gücləndirəcək. Dövlət başçılarımız Türkmənistanın paytaxtı Aşqabadda bir araya gələrək münasibətlərin bütün sferalarda inkişafı istiqamətində öz iradələrini nümayiş etdiriblər", deyə nazir bildirib.

 

Xarici işlər naziri qeyd edib ki, İran iki ölkə arasında tranzit sektorunda müxtəlif marşrutların istifadəyə verilməsi və körpülərin tikilməsindən əlavə, Cənubi Qafqazdakı bütün dəmiryolu kommunikasiyalarının tez bir zamanda bərpasına maraq göstərir.

"Bütün bunlar həm iki ölkənin, həm regionumuzun, həm də regional təşkilatlar, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkələrin iqtisadi, ticarət və enerji sektorlarında əməkdaşlığına böyük töhfə verəcək", - H.Ə.Abdullahian vurğulayıb.