Biz Cənubi Qafqazda vəziyyətin inkişafını diqqətlə izləyirik və Ermənistan tərəfi ilə daim əlaqə saxlayırıq. Bir neçə gün əvvəl mən İrəvandan qayıtdım və orada ölkə rəhbərliyi ilə vəziyyəti hərtərəfli müzakirə etdik.
Axar.az xəbər verir ki, bu sözləri KTMT-nin baş katibi Stanislav Zas “Müttəfiqlər. KTMT” multimedia nəşrinin suallarını cavablandırarkən deyib.
Zas Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib.
Baş katib, həmçinin 26 noyabr üçtərəfli bəyanatını, delimitasiya və demarkasiya məsələləri üçün komissiyanın yaradılmasını dəstəklədiklərini bildirib.