Bu il bir çox problemli məsələləri normallaşdırmaq üçün addımlar atdıq. Ermənistanla normallaşma üzrə qarşılıqlı nümayəndələr təyin etdik.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair mətbuat konfransında deyib.
“İstanbul-İrəvan aviareysləri qısa müddət ərzində başlayacaq”, - deyə Çavuşoğlu bildirib.