Biz çalışan, istehsal və ixrac edən ölkəyik.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

"Bəlkə burada böyük və qüdrətli Türkiyənin ayaq izlərini görüb dünyagörüşlərini genişləndirəcəklər. Yalnız Qaziantep 12 milyard dollarlıq ixracat halına gəlib. Qaziantepin ayda 1 milyard dollarlıq ixracat hədəfinə çatmaq üzrə olduğunu görürük", - deyə Ərdoğan bildirib.

Moskva Tiraspolun mümkün qədər tez (Moldova, Dnestryanı, ATƏT, Rusiya, Ukrayna və ABŞ və Aİ müşahidəçiləri - red.) "5+2" formatında danışıqlar aparmaq təşəbbüsünü alqışlayır və Kişinyovu bu təklifə müsbət cavab verməyə çağırır.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

 

Dnestryanı (qondarma rejim nəzərdə tutulur - red.) nizamlanma prosesinə təkan verməyə və uzun sürən durğunluğu aradan qaldırmağa qadirdir.

Tamamilə yerli və milli imkanlardan istifadə olunmaqla peyvəndimizin hazırlanmasının hər mərhələsində öz alimlərimiz, tədqiqatçılarımız iştirak ediblər.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

O bildirib ki, istifadə üçün icazə alındıqdan sonra “Sinovak” və “Biontech”lə yanaşı, yerli peyvəndimiz “Turkovak”ı da vətəndaşlarımıza təqdim edəcəyik:

“Dünyanın ən böyük tutumlu peyvənd araşdırma, təkmilləşdirmə və istehsal mərkəzi olaraq Ankarada “Gigiyena layihəsi”ni həyata keçiririk. Ankaranın Esenboğa hava limanının yaxınlığında 50 min kvadratmetr qapalı sahəsi olan “Gigiyena layihəsi”nin tender mərhələsi gələn həftə tamamlanacaq”.

Komando briqadalarının yaradılması şübhəsiz ki, Azərbaycanın Silahlı Qüvvələrinin inkişafında və döyüş effektivliyinin artırılmasında yeni mərhələdir.

Axar.az xəbər verir ki, bunu Trend-ə Rusiyanın "Natsionalnaya oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko deyib.

O hesab edir ki, komando briqadalarının yaradılmasını həm də Bakının Qarabağda Nikol Paşinyanın üçtərəfli bəyanat üzrə öhdəliklərinə baxmayaraq, fəal şəkildə partizan müharibəsi taktikasını icra edən qanunsuz erməni silahlı birləşmələrinin mövcudluğuna reaksiyası kimi qəbul etmək olar.

 

"Komando briqadaları peşəkar hərbçilərdən qurulmuş, ən yeni silah və avadanlıqlarla təchiz olunmuş müntəzəm hazırlıqlı, yüksək hərəkətli desant-hücum qruplaşmalarıdır. Onlar günün istənilən vaxtında, silahlı münaqişələrin istənilən əməliyyat mühitində, istənilən potensial döyüş əməliyyatları teatrında, o cümlədən dağ-meşə məkanlarında, eləcə də məskunlaşmış ərazilərdə dərhal döyüşə hazır olur. Bu, ümumilikdə silahlı qüvvələrin döyüş hazırlığının əhəmiyyətli dərəcədə artırılmasını ifadə edir", - deyə o bildirib.

İ.Korotçenko əlavə edib ki, komando briqadaları əsas qüvvələrdən ayrı, təcrid olunmuş halda belə müstəqil şəkildə döyüş əməliyyatlarını aparmağa qadirdir.