Yəməndə husi yaraqlıları ilə mübarizə aparan ərəb koalisiyası cümə axşamı Səudiyyə Ərəbistanındakı Abha beynəlxalq hava limanını hədəf almağa cəhd edən PUA-nı məhv etdiyini bildirib.

Ardını oxu...

"Keçmiş prezident (Mixail Saakaşvili red.) azad olunana qədər ac qalacağıq" ultimatumu bizi heç bir razılığa gətirib çıxara bilməz.

Axar.az xəbər verir ki, bu sözləri Gürcü Arzusu fraksiyasının üzvü Sozar Subari müxalifətin kütləvi aclıq aksiyasına münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, mühakimə olunan birinin aclıq aksiyası ilə azadlığa buraxılması dünyanın heç bir yerində olmayıb və olmayacaq:

"Salome Zurabişvilinin təşəbbüsü çox yaxşıdır, lakin bir növ ultimatumun irəli sürülməsi bu prosesə maneə olacaq. Siyasi proseslərdə aclıq aksiyası yaxşı yol olmasa da, sübut olunmuş üsuldur, lakin mühakimə olunan birinin azadlığa buraxılması məsələsinə gəlincə, belə bir şey üçün ac qalmaq tamamilə absurddur", - Subari qeyd edib.

Qazaxıstan parlamenti ölkədə ölüm hökmünün ləğv edilməsi haqqında qanun qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

 

Məlumata görə, qanunvericiliyə edilən dəyişikliklərlə Cinayət Məcəlləsinin bütün maddələrindən ölüm cəzası çıxarılıb.

Dünya tarixində ilk dəfə 3 dekabr 1992-ci ildə “Vodafon”un direktoru Riçard Jarvisin telefonuna göndərilən və "Merry Christmas" yazılmış mesaj Fransada keçirilən hərracda 107 min avroya satılıb.

Ardını oxu...