"Keçmiş prezident (Mixail Saakaşvili red.) azad olunana qədər ac qalacağıq" ultimatumu bizi heç bir razılığa gətirib çıxara bilməz.
Axar.az xəbər verir ki, bu sözləri Gürcü Arzusu fraksiyasının üzvü Sozar Subari müxalifətin kütləvi aclıq aksiyasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, mühakimə olunan birinin aclıq aksiyası ilə azadlığa buraxılması dünyanın heç bir yerində olmayıb və olmayacaq:
"Salome Zurabişvilinin təşəbbüsü çox yaxşıdır, lakin bir növ ultimatumun irəli sürülməsi bu prosesə maneə olacaq. Siyasi proseslərdə aclıq aksiyası yaxşı yol olmasa da, sübut olunmuş üsuldur, lakin mühakimə olunan birinin azadlığa buraxılması məsələsinə gəlincə, belə bir şey üçün ac qalmaq tamamilə absurddur", - Subari qeyd edib.