Monteneqro Prezidenti Milo Cukanoviç koronavirusa yoluxub.
Axar.az xəbər verir ki, Monteneqro Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, prezidentdə koronanın yüngül simptomları müşahidə edilir, o özünü yaxşı hiss edir.
Qeyd edək ki, bundan öncə Cukanoviç koronaya yoluxmuş şəxslə təmasda olduğu üçün Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopla görüşünü ləğv etmişdi.