Türkiyənin Azərbaycandakı Səfirliyi rəsmi "Twitter" səhifəsində Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Cənab Prezidentə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, fəaliyyətlərində uğurlar arzulayırıq".