Dünya tarixində ilk dəfə 3 dekabr 1992-ci ildə “Vodafon”un direktoru Riçard Jarvisin telefonuna göndərilən və "Merry Christmas" yazılmış mesaj Fransada keçirilən hərracda 107 min avroya satılıb.
Axar.az xəbər verir ki, Fransanın Aquttes muzeyində hərraca çıxarılan tarixin ilk mesaj nüsxəsi naməlum kanadalı tərəfindən alınıb.
Qeyd edək ki, hərracdan əldə olunan gəlir “Vodafon” tərəfindən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına bağışlanacaq.