Hindistan Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemini yerləşdirib.

Axar.az xəbər verir ki, bu barədə "Hindistan Tayms" məlumat yayıb.

Hindistan Hərbi Hava Qüvvələrindən verilən məlumata görə, S-400 batareyaları Hindistanın Pəncab əyalətinə yerləşdirilib.

Qeyd edək ki, Pəncab əyaləti Pakistanla sərhəddə yerləşir.

SEPAH Fars körfəzi sahillərində “Böyük Peyğəmbər 17” hərbi təlimlərinə start verib.

Axar.az xəbər verir ki, bu barədə “İRNA” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, manevrlərdə quru, dəniz və hava qüvvələri, eləcə də Bəsic silahlılarının bölmələri iştirak edirlər. Təlimlər Xuzistan, Buşehr və Hörmüzqan əyalətlərində keçirilir.

Təlimlər beş gün davam edəcək.

Çin hakimiyyəti ABŞ-la qarşıdurmadan qorxmur, lakin əməkdaşlığa hazırıq.

Axar.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi deyib.

“Əməkdaşlıq hər iki cəbhəyə sərf edir, amma düşmənçilik həm Çinə, həm də ABŞ-a ziyan vuracaq. Çin ABŞ-la dialoqa hazırdır, amma bu, bərabər və qarşılıqlı olmalıdır. Ümid edirəm ki, ABŞ liderlər arasında əldə olunan konsensusa uyğun hərəkət edəcək və verdiyi vədləri yerinə yetirəcək”, - çinli diplomat bildirib.