Çin hakimiyyəti ABŞ-la qarşıdurmadan qorxmur, lakin əməkdaşlığa hazırıq.
Axar.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi deyib.
“Əməkdaşlıq hər iki cəbhəyə sərf edir, amma düşmənçilik həm Çinə, həm də ABŞ-a ziyan vuracaq. Çin ABŞ-la dialoqa hazırdır, amma bu, bərabər və qarşılıqlı olmalıdır. Ümid edirəm ki, ABŞ liderlər arasında əldə olunan konsensusa uyğun hərəkət edəcək və verdiyi vədləri yerinə yetirəcək”, - çinli diplomat bildirib.